Hadrutda qayanı Azərbaycan bayrağına boyayan gənc kimdir? - VİDEO

Hadrutda qayanı Azərbaycan bayrağına boyayan gənc kimdir? - VİDEO2020-ci il Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək yeni tarix yazdı. Qələbəmizin, zəfərimizin şanı isə şəhidlərimizin, qazilərimizin, bütün müharibə iştirakçılarının, eləcə də xalqımızın sayəsində hələ uzun illər dillərdən düşməyəcək.

Ali Baş Komandanın əmri ilə Qarabağın 30 illik işğalına son qoyuldu, düşmən darmadağın edildi.

İllərdir tarixi Azərbaycan torpaqları olan Qarabağı düşmənlər öz torpaqları kimi təqdim etməyə çalışırdılar. Gah yalan tarix yazmağa çalışdılar, gah müxtəlif təxribatlara əl atdılar. Amma haqq, ədalət öz yerini tapdı və bu torpaqlar yenidən əzəli-əbədi sahiblərinə geri qayıtdı.
Hadrutda qayanı Azərbaycan bayrağına boyayan gənc kimdir? - VİDEOBugünkü qəhrəmanımız vətənin daşını üçrəngli bayrağımıza boyamaqla müharibə dövründə sosial şəbəkələrdə hər kəsin rəğbətini qazanan Əkrəm Qurbanovdur. Qəhrəmanımız Hadrutda qayanı bayrağımızın rənglərində boyayıb. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb və alqışlanıb.
Hadrutda qayanı Azərbaycan bayrağına boyayan gənc kimdir? - VİDEOOxu.Az-ın əməkdaşı Hadrutdakı yüksəklikdə yerləşən qayanı boyayan Əkrəm Qurbanovla həmsöhbət olub.
Hadrutda qayanı Azərbaycan bayrağına boyayan gənc kimdir? - VİDEOƏvvəlcə onu deyim ki, Əkrəm Elyaz oğlu Qurbanov 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. Şəhərin 33 saylı tam orta məktəbində təhsil alan qəhrəmanımız 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olub. 2012-ci ildə Akademiyanı bitirən Əkrəm Qurbanov peşəsi üzrə fəaliyyət göstərir.
Hadrutda qayanı Azərbaycan bayrağına boyayan gənc kimdir? - VİDEOƏ.Qurbanov deyir ki, əlillik dərəcəsi olduğu üçün müharibədə iştirak edə bilməyib, lakin arxa cəbhədə əlindən gələni əsirgəməyib:

"Azərbaycan Ordusu torpaqlarımızı qarış-qarış işğaldan azad etdikcə xalq olaraq hər birimiz fəxr hissi duyurduq. Hər kəs birlik olaraq əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Xocavənd Rayon Polis Şöbəsinin rəisi məni tanıyırdı və rəssam olduğumu bilirdi. Bir dəfə müharibə bitdikdən sonra mənimlə söhbət etdi. Dedi ki, Hadrutda bir qaya var, bayrağımızın rənglərinə boyanmışdı. Lakin indi rənglər solub və yenidən rənglənsə, yaxşı olar".
Hadrutda qayanı Azərbaycan bayrağına boyayan gənc kimdir? - VİDEOƏkrəmin Hadruta getmək eşqi o qədər güclü olub ki, bir an belə düşünmədən qayanın daha canlı rənglərlə boyanmasını öz üzərinə götürüb:

"Çox istəyirdim ki, işğaldan azad edilən torpaqlarımıza gedim. Hadruta getmək eşqi bir başqadır. Digər tərəfdən isə Vətən torpağında vətən üçün iş görmək şərəfdir. Aidiyyəti üzrə Xocavənd Rayon Polis Şöbəsinin rəisinin təşəbbüsü və icazəsi ilə 2021-ci il oktyabrın 11-də Hadruta getdik. Sözügedən qaya Tuğ və Tağlar kəndlərinə gedən yolun üzərində yerləşir. Aşağıdan yuxarıya irəlilədikcə, eləcə də Hadrutun yüksəkliklərindən baxdıqda Azərbaycan bayrağı açıq-aydın görünür".
Hadrutda qayanı Azərbaycan bayrağına boyayan gənc kimdir? - VİDEOHələ ki, işğaldan azad edilən ərazilərdə bənzər rənglənmə işləri ilə bağlı müraciət almadığını deyən Əkrəm belə bir təklif olarsa, canla-başla razı olacağını deyir:
Hadrutda qayanı Azərbaycan bayrağına boyayan gənc kimdir? - VİDEO"Əlimizdən gələni etməyə hazırıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Biz onlarla fəxr edirik. Nə yaxşı ki, o qayanı mən rəngləmişəm. Bununla qürur duyuram".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1318   Tarix: 24 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr