Həm kiçik, həm də orta biznes nümayəndələri üçün Qarabağda imkanlar yaradılacaq - RƏSMİ
"Son bir ildə başlamış işlər qrafikə uyğun davam edəcək. Bu ilk növbədə Əlaqələndirmə Qərargahı çərçivəsində fəaliyyət göstərən işçi qruplarında aparılan bütün tədbirlərin əks olunduğu strateji fəaliyyət planı, ondan başqa xüsusi dövlət proqramına əsasən həyata keçiriləcək".
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Onun sözlərinə görə, proqramın yaxınlarda yekunlaşması nəzərdə tutulub:
"Bəzi rayon mərkəzlərimizin artıq baş planları təsdiq olunub. Digər ərazilərdə də bu işlər davam etdirilir. Növbəti ildə biz bu işlərin yekunlaşmasını gözləyirik. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə rayonlar üzrə kəndlərin planlarının layihələndirilməsi davam edir. Sözsüz ki, Zəngəzur dəhlizi ilə bağlı dəmiryolunun inşası qrafikə uyğun növbəti il də davam etdiriləcək".
E.Hüseynov qeyd edib ki, vətəndaşlarımızın tez zamanda yurdlarına qayıdışı üçün tələb olunan fiziki, iqtisadi infrastrukturun, iş yerlərinin yaradılması istiqamətində başladılan layihələr gələn il də davam etdiriləcək: "Ənənəvi sahələrlə yanaşı, iqtisadi fəaliyyət sahələrində, həm kiçik, həm də orta biznes nümayəndələri üçün imkan yaradılacaq ki, insanlar iqtisadi fəaliyyətlərini burada qura bilsinlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Qızıl və gümüş bahalaşıb
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"