Əməkdar artist ağır vəziyyətdədir: Yardıma ehtiyacı var
Azərbaycanın Əməkdar artisti 74 yaşlı Novruz Əliyevin vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-ın əməkdaşı ilə söhbət zamanı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Novruz Qartalın həyat yoldaşı Zərqələm Əliyeva məlumat verib.
O bildirib ki, son bir neçə gündür Novruz Qartalın vəziyyəti pisləşib:
"Novruz ömrünün 55 ilini teatra həsr eləyib. Sənəti yolunda can qoyan insanlardandır. Artıq hər kəs bilir ki, bağırsaq xərçəngindən əziyyət çəkir. Gücümüz çatan qədər müalicəni edirik. Bir dəfə əməliyyat olundu. Vəziyyəti bir az stabil idi, amma son bir neçə gündür ağırlaşıb. Yemək yemir, eləcə yatır. Arada çox az su içir, vəssalam. Mən onu bu vəziyyətdə görməyə dayana bilmirəm. Hərdən mən giley edirəm, deyirəm 55 illik zəhmətinin qarşılığı bu olmamalıdır. O da deyir, xalqım məni sevir. Doğurdan da Novruz xəstəxanada olanda yaxın dostları, Novruzun sənətinə qiymət verən insanlar daim onu diqqətdə saxladılar.
İndi xəstəxanadan çıxmışıq, neçə illərdir kirayə qaldığımız mənzildəyik. Özüm də xəstə adamam, əlimdən gəldiyi qədər Novruzun qayğısına qalıram. Maddi durumumuz yaxşı deyil, gərək sözün düzünü deyəsən. 55 illik stajı var, amma bu gün Novruzun dar günündə heç bir qurum qapısını döyüb vəziyyətini soruşmur. Vəziyyəti ağırlaşdıqca, mən qorxuram. Novruz ömrünü kirayələrdə keçirdi. Allah eləməmiş, kirayədə ölsə, mən bunu özümə bağışlaya bilmərəm. Heç olmasa aidiyyəti orqanlar bizim səsimizi eşitsin, gec olmamış Novruzun səsinə-səs versinlər. Əməkdar artistə qarşı bu cür laqeyd münasibəti başa düşə bilmirik. İstəmirəm ki, 55 ilini, sağlam canını teatra həsr edən Novruzun meyiti kirayədən götürülsün. Mən sizinlə danışdıqca Novruz eşidir, çox pis olur. Allah özü kömək olsun, nə deyək, kimə deyək?".
Xatırladaq ki, Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. 2013-cü ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb, 2015-2018-ci illərdə dövlət mükafatı alıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Qızıl və gümüş bahalaşıb
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov