"Təhsil ərdən daha önəmlidir!" - Deputatdan qız uşaqlarının təhsili ilə bağlı TƏKLİFLƏR
"Ölkəmizin inkişafı üçün vacib bir məsələni diqqətinizə çatdırıram. Azərbaycan ailələrində qız uşaqlarının təhsilinə o qədər də önəm verilmir. Bu vəziyyət Mərkəzi Aran rayonları və cənub bölgəsində daha acınaqcaqlıdır. Qız uşaqları məktəbi birtirməmiş ərə verilir, sanki onları "başlarından etmək" istəyirlər".
Sonxeber.az-ın məlumatına görə, bunu deputat Razi Nurullayev Milli Məclisin dünən keçirilən iclasında deyib.
O bildirib ki, bizim ölkəmizə "Tükəzban"lar yox, savadlı, təhsilli, özü ayaqları üzərində dayana bilən, cəmiyyətin kübar yöndə inkişafına təkan verən gənc xanımlar lazımdır:
"Ən acınacaqlı hal budur ki, qız uşaqları az bal toplayıb pullu təhsilə düşəndə, xüsusən də atalar bunu bəhanə gətirib qızlarını təhsildən saxlayırlar. Amma oğlan uşaqlarını diplomlu etmək üçün kredit belə götürürlər. Bu, cəmiyyətimizin bəlasıdır və bunu maarifləndirmə, tənqid, tövsiyə və danışmaqla həll etmək mümkün deyil.
Bu məsələnin ədalətli və kökündən həlli üçün ölkəmizdə qız uşaqlarının təhsil haqqından azad edilməsini təklif edirəm. Mənim üçün məqbul olardı ki, bütün Azərbaycan üçün bu belə olsun. Yox, "pulumuz, gücümüz, imkanımız yoxdur" deyiriksə, o zaman ən azından bu, Mərkəzi Aran, cənub bölgəsi və digər problemli zonalar üçün keçərli olsun.
Bir də hər bir kənddə, qəsəbədə, şəhərdə ehtiyac olan qədər uşaq bağçalarının açılması və orada ilkin təhsilin verilməsi, dünyagörüşünün formalaşdırılması çox vacibdir. Hər bir yerdə uşaq bağçasının olması və bu məqsədlər üçün neft fondunun vəsaitlərinin xərclənməsi digər görülən işlərdən daha vacibdir. Bu, ölkənin gələcəyidir, inkişafıdır.
Məsələnin bir neçə digər üstünlükləri də var:
1. Kənd və rayon yerlərində qız uşaqlarının biliyi, savadı, ali savadı radikal olaraq dəyişəcək və bu da o bölgələrin bütün sahələrdə inkişafına təkan verəcək.
2. Rayon və kənd yerlərindən ailələrin mərkəzə axınının qarşısını alacaq.
3. Azərbaycan müsəlman dünyasında ulduz kimi parlayacaq. Təsəvvür edin ki, biz Azərbaycan xanımlarına 100 faizlik təhsil veririk. Məgər bu, gözəl və fəxredici deyil?
Sonda demək istəyirəm ki, təhsil ərdən daha önəmlidir!"
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"