Uşaqlar arasında yayılan virus "Delta plus" ştammıdır - AÇIQLAMA
Rəsmi rəqəmlərdə koronavirusa yoluxma sayında azalma müşahidə edilir. Amma ətrafımızda olan uşaqdan - böyüyə, bir çoxunda yenidən koronavirus əlamətinə şahid oluruq. Yüksək temperatur, öskürək, halsızlıqdan şikayət edənlər koronavirusa, yoxsa mövsümi qripə yoluxub?
Virusa yoluxan şəxs niyə test verməkdən imtina edir?
Modern.az-ın suallarına cavab verən həkim-infeksionist İlahə Vəliyeva bildirib ki, bu əlamətləri olan şəxs test versə belə, cavab neqativ olacaq.
Onun sözlərinə görə, əvvəllər belə olanda cavab pozitiv çıxırdı:
"Səbəb isə "Delta" və "Delta plus" ştammının reaktivinin olmamasıdır. Yeni ştammın reaktivi olmadığına görə verilən bütün testlərin cavabı neqativ olacaq. Əgər reaktivi olsaydı, test verən şəxs doğru cavabı əldə edə bilərdi. Koronavirisun mutasiyaya uğrayan hər yeni növünün özünün reaktivi olmalıdır. İnkişaf etmiş ölkələrin çoxunda yeni variantın özünün reaktivi olduğuna görə onlarda statistika dəqiq qeydə alınır. Yeni ştammın reaktivi nəinki Azərbaycanda, MDB ölkələrinin çoxunda yoxdur".
Həkim-infeksionist qeyd edib ki, hazırda aparılan testlər koronavirusun mutasiyadan öncəki formasının reaktividir:
"Gələn xəstələrin 80 faizi boğaz ağrısı, qızdırma, öskürəklə, "Delta" və "Delta plus" ştammının əlamətləri ilə müraciət edirlər. Hazırda bu cür əlamətlərlə müraciət edən xəstələri qripin əlaməti kimi müalicə edirik. Çünki tipik qripə bənzəyir. Boğaz ağrısı, qızdırma, çox vaxt öskürək ciyərlərə keçmir, quru olur. Bu müalicələrin də effektini görürük".
İ.Vəliyeva açıqlamasında bildirib ki, son bir ayda məktəb və bağça yaşlı uşaqlar arasında yayılan virusun "Delta plus" ştammı olduğu hesab edilir:
"Uşaqlarda da bunu qripin bir forması kimi müalicə edirik. Reaktivi olmadığı üçün biz ona COVID-19-un bir forması kimi diaqnoz qoya bilmirik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1099 Tarix: 28 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021