Leyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTO

Leyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında iştirak edib.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Dekabrın 28-də İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil edilib, uşaqlara bayram hədiyyələri təqdim olunub. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib.

Yenilənmiş həyət Nizami rayonu, Qara Qarayev prospekti 12,14,16,18, Özbəkistan küçəsi 8,6, Azər Manafov kücəsi 3,5, Kamil Balakişiyev küçəsi 8a, 11,15 ünvanlarında 1400 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

"Bizim həyət" layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü mini futbol və basketbol stadionu, şahmat meydançası, tenis masası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb, isti günlərdə uşaqların əylənməsi üçün fəvvarə tikilib, 300 metr uzunluğunda velosiped yolu çəkilib. Eyni zamanda, ərazidə 11 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 450 ədəd müxtəlif növ ağac və kollar əkilib, 4000 kvadrat metr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Sözügedən layihə çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin İDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
Leyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTOLeyla Əliyeva Bakıda abadlaşdırılan daha bir həyətin açılışını edib, ağac əkib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1101   Tarix: 28 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr