Sənədsiz torpaqlara mülkiyyət sənədi: Proses başladı

Sənədsiz torpaqlara mülkiyyət sənədi: Proses başladıMülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlanılıb. Hansı ki, bu torpaqlar vaxtı ilə sovxoz və kolxozların balansında olub, 1996-cı ildə aparılan torpaq islahatı çərçivəsində yerli icra hakimiyyəti orqanlarının qərarı ilə təsdiqlənmiş siyahılar əsasında əhaliyə paylanılıb. Bir çoxları torpaqlardan uzun illərdir istifadə etsə də, müəyyən səbəblərdən sənədləşdirməyib, nəticədə xüsusilə subsidiyaların verilməsi zamanı problemlər meydana çıxıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlayıb. Artıq Beyləqan, İmişli, Bərdə, Saatlı, Ağsu, Kürdəmir, Şamaxı, Qax, Yardımlı, Ağstafa, Sabirabad və Neftçalada mülkiyyət sənədləri almamış vətəndaşlar ödənişsiz şəkildə, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə pay torpaqlarına dair çıxarış üçün qeydiyyat xidmətlərindən yararlanıblar. Proses prezident İlham Əliyevin "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" bu ilin oktyabrında verdiyi fərman çərçivəsində həyata keçirilir. Fərman ümumilikdə, 3 il müddətində 50 minə yaxın ailənin mülkiyyət sənədləri ilə təmin edilməmiş torpaq paylarının dövlət vəsaiti hesabına sənədləşdirilməsini nəzərdə tutur.

Həmçinin, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək, digər sənədlər subsidiya almaq üçün əsas sayılmayacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev virtualaz.org-a bildirib ki, 1996-cı ildə torpaq islahatları zamanı kolxoz və sovxozların torpaqları həmin ərazidə yaşayan ailələrə bölünməklə pay torpaqları kimi verilib. İslahatlar sürətlə aparıldığından, bəzi hallarda, kəndlər üzrə təxmini hesablamalara görə, 50 min istehsalçı mülkiyyət sənədini əldə edə bilməyib.

"Bunun da müəyyən səbəbləri var. Bəzən mülkiyyətçilər bölgü ilə razılaşmayıblar, yaxud da torpaq sənədi yerlə uyğun olmayıb. Nəticədə mülkiyyətçilərin bir qismi heç sənəd əldə etməyib, bir qisminə isə o zaman texniki sənəd verilib. Texniki sənəd isə mülkiyyət formasını təsdiq etmir, torpaq üstündə məsuliyyət yaratmır", - şöbə müdiri deyib.

Subsidiyalar verilən zaman bir çoxlarının sənəd təqdim edə bilməməsi narazılıqlar yaradıb. F.Tağıyevin sözlərinə görə, Elektron Kənd Təsərrüfatı Sisteminin tətbiqindən sonra narazılıqlar daha qabarıq şəkildə özünü göstərməyə başlayıb: "Biz müəyyən etdik ki, faktiki əkin aparmasına baxmayaraq subsidiya əldə edə bilməyənlər var. Buna görə hökumətə təkliflər hazırlandı. Prezident fərman verdi və bu fərman fermerlərə növbəti tövfə oldu. Fərmanla indiyədək mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməyənlər dövlət hesabına, yəni rüsum və ya digər ödənişlər etmədən sənədləri əldə edə biləcəklər".

Qeyd edək ki, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi üzrə İqtisadiyyat Nazirliyinə tapşırıqlar verilib. Kənd Təsərrüfatı Nazirliyi isə fermerləri maarifləndirməklə məşğul olmalıdır. Eyni zamanda, Asan Xidmətə də xüsusi tapşırıqlar verilib.

Şöbə müdiri deyib ki, hələlik sənəd almayan vətəndaşlara əkinlərini bəyan etmələri üçün gələn ilin mayın 31-nə kimi vaxt verilib, onlar sənədlərini təqdim etməklə subsidiyalarını mütəmadi qaydada ala biləcəklər.

"Fermerlər bilməlidirlər ki, "Göy sənəd" torpaq sahəsinin kadastr planıdır. Bu sənəd hüquqi qüvvə daşımır, texniki sənəddir. Yəni subsidiya alınması üçün bu sənədin bir hüquqi qüvvəsi yoxdur", - nazirlik əməkdaşı qeyd edib.

Qeyd edək ki, torpaq islahatı nəticəsində 860 mindən artıq ailə torpaq payı alıb, təxminən 50 min ailə isə mülkiyyət hüququ ala bilməyib.

///virtualaz.org


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2363   Tarix: 29 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

8 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr