Mahnıları qadağan olundu, şərlənib tutuldu, həbsdə ən yaxşı əsərini yazdı

Mahnıları qadağan olundu, şərlənib tutuldu, həbsdə ən yaxşı əsərini yazdıSonxeber.az Kulis.az-a istinadən bəstəkar Rəşid Nəsiboğlu haqqında 10 maraqlı faktı təqdim edir.

1. Rəşid Nəsiboğlu orta məktəb illərindən musiqiyə həvəs göstərib. O, Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin sinfində bəstəkarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində xaricə yayım musiqi redaksiyasında işləməyə başlayıb. Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında "Sevgilim" vokal-instrumental ansamblının bədii rəhbəri olub.
Mahnıları qadağan olundu, şərlənib tutuldu, həbsdə ən yaxşı əsərini yazdı2. 1981-ci ildə Rəşid Nəsiboğlunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq "İRS" qədim Azərbaycan musiqisi teatrı yaradılıb. Azərbaycanın ən qədim musiqilərini bərpa edən, bu musiqinin yalnız şərq mədəniyyəti ilə deyil, bütövlükdə dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələrini üzə çıxaran bu qeyri-adi kollektivin çıxışları dərhal ölkənin mədəni ictimaiyyətinin diqqətini çəkir və o zaman üçün görünməz populyarlıq qazanır.

3. Rəşid Nəsiboğlu Nazim Hikmətin sözlərinə "Ceviz ağacı" adlı ilk romansını yazır. Ancaq bu romans türkçülük ideologiyasının təbliği iddiası ilə efirə buraxılmır.

4. Bir başqa qadağa isə "Zarafat" mahnısına olur. O mahnını da efirə buraxmırlar. Elmira Rəhimovanın ifasında səslənən bu mahnı haqqında deyilir ki, Sovet dövrünə ironik baxış sərgilənir.
Mahnıları qadağan olundu, şərlənib tutuldu, həbsdə ən yaxşı əsərini yazdı5. "İrs"lə qastrola çıxan zaman bəstəkara deyilir ki, casusluq etsin. Ancaq o, bu təklifi rədd edir. Buna görə onu incidirlər, bir neçə dəfə şərləyirlər.

6. Növbəti səfərlərin birində yalançı şahidlərin hesabına Rəşid Nəsiboğlunun rüşvət aldığı deyilir. Bəstəkar həbs olunur. O, erməni hakimin çıxardığı qərara əsasən 8 il müddətinə azadlıqdan məhrum edilir.
Mahnıları qadağan olundu, şərlənib tutuldu, həbsdə ən yaxşı əsərini yazdı7. Məhkəmə prosesi 1 il çəkir və bu müddət ərzində bəstəkar həbsdə yatır. Bir müddət sonra Moskvada onun işinə yenidən baxılır və bəstəkar bəraət alır.

8. Həbsxanadakı şahidlərin sözlərinə görə Rəşid həbsxanada olarkən kiçik taxta parçası üzərində özünə pianino şəkli çəkir. Və bu pianino şəkli üzərində musiqi ifa etmədən mahnılar bəstələyir.
Mahnıları qadağan olundu, şərlənib tutuldu, həbsdə ən yaxşı əsərini yazdı9. Məşhur "Limanda" mahnısının da həbsdə yazıldığı deyilir. Bəstəkar bu musiqini məhz Mirzə Babayevə həsr edib. Mirzə müəllim müsahibələrinin birində deyir: "Bir gün mahnını mənə qulaq asdırdı, dedi, papaşa bir bunu dinlə. Necə çaldısa, ürəyim guppuldamağa başladı. Dedi, papaşa bunu səndən başqa heç kim ifa edə bilməyəcək.

10. Rəşid Nəsiboğlu Sveta adlı xanımla ailə qurub. Bu evlilikdən onun iki övladı dünyaya gəlib. 1993-cü il dekabrın 30-da 51 yaşında vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2928   Tarix: 31 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr