II Yelizavetanın oğlu əlahəzrət titulundan istifadə hüququnu itirə bilər
Böyük Britaniya kraliçası II Yelizavetanın ikinci oğlu, York hersoqu Endryu əlahəzrət titulundan istifadə etmək hüququndan məhrum edilə bilər.
"Report" xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti yazıb.
Qeyd olunub ki, şahzadə Endryu Amerika məhkəməsində 17 yaşlı qızın zorlanması işini uduzsa, Böyük Britaniya kraliçası belə bir qərar verə bilər.
Nəşrin Britaniya kral ailəsinin əhatəsində olan mənbələrinin bildirdiyinə görə, hazırda krallıqda özünü şahzadənin qurbanı adlandıran Virciniya Jufrenin (nikahdan əvvəl - Roberts) məhkəmədə qalib gələcəyi təqdirdə hansı işlərin görüləcəyi ilə bağlı fəaliyyət planlarını fəal şəkildə müzakirə edilir.
Əgər məhkəmə Şahzadənin xeyrinə qərar qəbul etməsə, o ABŞ-a ekstradisiya təhlükəsi səbəbindən ölkəni tərk edə bilməyəcək, daha təvazökar yaşamaq məcburiyyətində qalacaq və yəqin ki, Kral Lojasından köçəcək.
İşin xoşagəlməz nəticəsi olduğu təqdirdə, şahzadədən rəsmi tituldan istifadəni dayandırmaq, fəxri hərbi rütbələrdən və çoxsaylı xeyriyyə təşkilatlarının himayədarı rolundan imtina etmək də tələb olunacaq.
Jufrenin iddiası ilə bağlı növbəti məhkəmə iclası yanvarın 4-də Nyu-Yorkun Cənub Dairə Məhkəməsində keçirilməlidir. Əlahəzrətin müdafiəsi işin rəsmi əsaslarla dayandırılmasını istəyir. Şahzadənin nümayəndələri sübut etməyə çalışırlar ki, iddiaçı çoxdan Avstraliyaya köçüb, orada daimi yaşayır və buna görə Jufrenin doğulub böyüdüyü ABŞ-da bu işə baxıla bilməz.
Onlar həmçinin 2009-cu ildə Jufre ilə amerikalı iş adamı Cefri Epşteyn arasında məhkəmədənkənar razılaşmaya istinad edərək iddia edirlər ki, qadın daha sonra həm Epşteynin özünü, həm də Şahzadə Endryu da daxil olmaqla tanışlarını mühakimə etməkdən imtina edəcəyinə söz verib. Qadının o zaman aldığı məbləğ və cinsi istismarda ittiham etdiyi maliyyəçiyə qarşı iddialardan imtina şərtləri ictimaiyyətə açıqlanmayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3050 Tarix: 02 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd
1 noyabrİki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fiziki və mənəv
31 oktyabrSobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo
1 noyabr79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
1 noyabrQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind
1 noyabrAvropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"
31 oktyabrAlmaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
1 noyabrSuriya Məkkə müdafiə alyansına qoşula bilər
Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə müdafiə alyansına qoşulmaq məsələsini nəzərdən keçirir. "Report" "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue"
31 oktyabr