Komitə və diaspor fəalları şəhid Arəstə Baxışovanın oğlunun ad gününü təbrik edib
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Azərbaycan diaspor fəallarının dəstəyi ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "Şəhidlərimizin əmanətinə sevinc bəxş edək" adlı aksiya keçirilib.
"Report" Dövlət Komitəsinə istinadən xəbər verir ki, aksiya zamanı Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ziyarət edilib.
Ziyarət zamanı Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ-dəki əlaqələndiricisi Nuranə Hüseynova və DİDK əməkdaşları ölkəmizə parlaq Zəfər qazandıran qəhrəman övladlarımızın Vətənə xidmətlərinin heç bir zaman unudulmayacağını bir daha vurğulayıb, xaricdə yaşayan soydaşlarımızın bu istiqamətdə gördükləri işləri nəzərə çatdırıblar. Sonra şəhid və qazi ailələrinə bayram sovqatları, eləcə də BƏƏ-də yaşayan azərbaycanlı uşaqların ürək sözlərindən ibarət açıqcalar təqdim edilib.
Aksiya Vətən müharibəsinin ilk və yeganə qadın şəhidi, hərbi feldşer Arəstə Baxışovanın 13 yaşlı oğlu Mərdan Məmmədlinin döğum gününə təsadüf etdiyindən, təşkilatçılar onu bu münasibətlə də təbrik ediblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3347 Tarix: 02 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrÜç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb
10 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabr