Yeni ilin ilk gecəsi Bakıda DAVA: İçkili şəxs polisin poqonunu cırdı
Bakıda 1999-cu il təvəllüdlü, Gürcüstan Respublikasının vətəndaşı Nadir Əfəndiyev (şərtidir) polisin poqonunu cırıb.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hadisə bu ilin ilk günündə 0 2022-ci ilin yanvarın 1-də baş verib.
Belə ki, həmin tarixdə 3-cü mikrorayon dairəsində yerləşən "Dəli Kür" kafesinin qarşısında, gecə saat 2 radələrində içkili vəziyyətdə olan Nadir söyüş söyərək nalayiq ifadələr işlədib.
Onun söyüş söyməsinə səbəb isə kafedən çıxarkən dostlarından biri ilə mübahisə etməsi olub.
Bundan sonra sahə inspektoru da daxil olmaqla bir neçə polis əməkdaşı həmin şəxsə yaxınlaşıb, qanuni tələblərini səsləndiriblər ki, ictimai qaydalara əməl etsin.
Nadir daha da aqressivləşərək polis əməkdaşları ilə əlbəyəxa olub. Əlbəyaxa zamanı polis əməkdaşlarından birinin poqonunu cırıb və təhqirlər səsləndirib.
Polis əməkdaşları həmin şəxsi polis idarəsinə aparmağa nail olublar.
Polis idarəsində təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib.
Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib.
Məhkəmənin qərarı ilə onun barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilib./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2180 Tarix: 03 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr