Nazir qızına görə boşanan xalq artisti
Xalq artisti Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəkidə anadan olub. O, bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində kiçik tamaşalarda rol alıb.
1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlayıb. Yaşının az olmasına baxmayaraq, müsabiqə ilə opera teatrının xor heyətinə qəbul olunub.
Abdullayev əvvəlcə yardımçı aktyor kimi epizodik rollarda oynasa da, qısa vaxtdan sonra "Arşın mal alan" operettasında Vəli rolunu canlandırıb.
O, 1938-ci ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Teatr 1949-cu ilin yazında maliyyə çətinliyinə görə fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev Milli Dram Teatrına keçir. 1951-ci ildən isə Musiqili Komediya Teatrının truppasında işləməyə başlayır.
Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmindəki Vəli rolu olub. O bu rola görə 1946-cı ildə Stalin mükafatına layiq görülüb. Lütfəli Abdullayev həmçinin "Əhməd haradadır?", "Ulduz", "Qəribə əhvalat"kimi filmlərdə unudulmaz rolları canlandırıb.
Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4716 Tarix: 03 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr