Ölkədə meyvə-tərəvəzin qiyməti nə qədər artıb? - FOTO

Ölkədə meyvə-tərəvəzin qiyməti nə qədər artıb? - FOTONoyabr ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının topdansatış qiymətləri açıqlanıb.

Oxu.az Aqrar Tədqiqatlar Mərkəzindən əldə etdiyi rəqəmlərə əsasən, əvvəlki aya (oktyabr) və 2020-ci ilin müvafiq dövrünə (noyabr ayına) nəzərən qiymətlərin dəyişməsini təqdim edir.

Noyabr ayı ərzində meyvələrdən yerli xurmanın, əzgilin, korolyokun və naringinin qiyməti azalıb. Digər meyvələrin qiymətləri isə aylıq müqayisədə sabit qalıb.

Tərəvəzlərdən Tovuz kartofunun, sarı soğanın və xiyarın qiyməti artıb. Gədəbəy kartofunun, kələmin, qırmızı soğanın və pomidorun qiyməti aylıq müqayisədə azalıb. Ay ərzində digər tərəvəzlərin qiymətləri sabit qalıb.

Noyabr ayında kənd təsərrüfatı məhsullarının topdansatış qiymətinin əvvəlki aya nisbətən dəyişməsi (manatla):
Ölkədə meyvə-tərəvəzin qiyməti nə qədər artıb? - FOTOÖtən ilin noyabr ayı ilə müqayisədə 2021-ci ilin noyabr ayında meyvələrdən alma, nar, üzüm, qoz, fındıq, armud, heyva, korolyok, xurma, limon və əzgilin qiyməti azalıb. Naringi, feyxoa, şabalıdın qiyməti isə artıb.

İllik müqayisədə tərəvəzlərdən kartofun, kələmin, gül kələminin, sarı soğanın, xiyarın, çuğundurun və yaşıl bibərin qiyməti artıb. Pomidor, balqabaq, qırmızı soğan, yerkökü, sarımsaq və qırmızı bibərin qiyməti azalıb.

Kənd təsərrüfatı məhsullarının 2021-ci ilin noyabr ayındakı topdansatış qiymətinin ötən ilin müvafiq ayına nisbətən dəyişməsi (manatla):
Ölkədə meyvə-tərəvəzin qiyməti nə qədər artıb? - FOTO


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3517   Tarix: 04 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021