Əsəbi uşaqlarla NECƏ DAVRANMALI?
Uşaqlarda hər şeyə əsəbiləşmə və qıcıqlanma valideynlərdən onlara irsən keçdiyi düşünülür.
Bu, səhv yanaşmadır. Əsəb əlamətləri olan valideynlər dünyaya tamamilə sağlam övladlar gətirirlər. Həmin uşaqların sonradan aqressivləşməsi ailədaxili problemlərin nəticəsində baş verir. Bəs, bu zaman valideynlər nə etməlidir ?
Lent.az uşaqlarda əsəb, aqressivlik, narahatlıq kimi halların aradan qaldırılmasında kömək olacaq bir neçə sadə yolları təqdim edir.
Uşaqlarda əsəbin 8 yaşa qədər yaranma səbəbinə görə fərqlənir. 1.5 yaşa qədər olan körpələr tez-tez ağlayırlar, əsəbiləşirlər. Buna səbəb aclıq, yorğunluq, səs-küy ola bilər. 3 yaşına qədər olan dövrdə isə uşaqlar özlərini dünyanın mərkəzində görürlər. Buna görə, istəkləri təmin edilmədikdə onlarda aqressiya yaranır. Məktəbəqədər yaşda olan uşaqlar isə emosiyalarını idarə edə bilməyəndə, qəzəbli rəftarlar başlayır. Məktəbli şagirdlər haqsızlığa məruz qaldıqda bu hissi yaşayırlar.
Belə problemləri aradan qaldırmaq üçün təbii vasitələrə üstünlük vermək lazımdır. Çobanyastığı, passiflora, pişikotu, yemişan və digər bitkilər əsəbləri sakitləşdirir. Bu bitkiləri övladlarınıza balanslı şəkildə versəniz, onların daha sakit və rahat olmasına səbəb ola bilərsiniz.
Aqressivliyin, əsəbiliyin aradan qaldırılması üçün ən yaxşı yollardan biri də normal yuxu rejimidir. Uşaqlar və körpələr kifayət qədər yatmadıqları təqdirdə, onların beyin inkişaflarında ləngimə, diqqətsizlik, iştahsızlıq, əsəbilik yaranır.
Uşaqlarınızı onu narahat edən mühitdən uzaqlaşdırın. Heç bir körpə valideynlərini incitmək üçün ağlamaz. Belə vəziyyətlə üzləşəndə, nəyin səbəb olduğunu fikirləşin.
Övladlarınızın düzgün və sağlam qidalanmasına diqqət yetirin.
Sadə qaydalar təyin edin, amma bu qaydalara öncə özünüz əməl edin. Unutmayın ki, uşaqlar valideynlərinin hərəkətlərini təkrarlayaraq böyüyür.
Hər problemi onların yanında həll etməyə çalışmayın. Siz nə qədər sakit, rahat olsanız, övladlarınız da bir o qədər aqressivlikdən uzaq olacaq.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3230 Tarix: 05 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrBakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabr