"İTV Xəbər"in məşhur aparıcısı efirdə yaşadığı dəhşəti danışdı: "Nə baş verdiyini salamlaşdığım an dedilər"

"İTV Xəbər"in məşhur aparıcısı efirdə yaşadığı dəhşəti danışdı: "Nə baş verdiyini salamlaşdığım an dedilər""İTV Xəbər"in tanınmış aparıcısı Nərmin Salmanova qeyd edib ki, hər zaman ürəyinin səsini dinləyir və bu qərarından peşman deyil. Onun ən böyük mübarizəsi isə özü ilədir və hər keçən gün özünün daha yaxşı versiyası olmağa çalışır.

Publika.az aparıcı ilə müsahibəni təqdim edir.

- Nə zaman anladınız ki, aldığınız təhsili bir kənara qoyub olmalı olduğunuz yerin axtarışlarına çıxmalısınız?

- Deməzdim ki, təhsilimlə işim fərqli istiqamətlərdir. Beynəlxalq münasibətlər və iqtisadiyyat üzrə magistr dərəcəm mənə aparıcısı olduğum "İTV Xəbər"in əsas buraxılış aparıcısı kimi siyasi və iqtisadi mövzulara rahatlıqla varmağa kömək edir. 2 il müddətində həmçinin siyasi analitik veriliş olan "Diqqət Mərkəzi"nin aparıcısı idim, burada da məhz təhsilim və maraq dairəm mənə mövzuların içində olmağımı təmin edirdi. İşimdə uğurlu olmağımı məhz təhsilimlə işim arasındakı əlaqəyə bağlayıram.

Bank sahəsində 3,5 illik təcrübəm var və sahəmi dəyişmək o zamankı şərtlər altında baş vermişdi. Magistr təhsilimi keyfiyyətli şəkildə almaq üçün daha sürüşkən qrafikə ehtiyacım var idi. "CBC Sport" telekanalında aparıcı seçimlərinin başladığı xəbərini gördüm. İdmana, xüsusilə də futbola hələ uşaq vaxtlarımdan böyük marağım var idi və olduqca məlumatlı idim. O həddə futbol fanatı idim ki, yeniyetmə vaxtlarımda dəftərlərim var idi, müxtəlif statistikalarla, beynəlxalq yarışlarda oyunların hesabları ilə və s. Həm də hobbim olduğuna görə idman kanalında kastinqdə iştirak etmək, bu sahədə olmaq qərarına gəldim. O zaman bu qərara görə çox tərəddüd edirdim, hətta universitetdə müəllimlərimlə də müzakirələr aparırdım. Bir müəllim "ürəyinə qulaq as, doğru qərarı o deyəcək" dedi. Əslində, mənim üçün olduqca romantik cavab idi, lakin məhz belə də etdim. Ürəyimə qulaq asdım və indiyə qədər bu qərarımdan peşman deyiləm.

- Hazırda aid olduğunuz yerdəsiniz?

- İnsan arzuları tükənməzdir. Amma həmişə bu arzuların fonunda öz potensialını düzgün qiymətləndirməlisən. Ona görə də insan özünü mümkün sahələrdə sınamalıdır.

- Həyatla ən böyük mübarizələriniz nə olub və hansısa tabuları qırmısınızmı?

- Gəlin, məsələyə belə yanaşaq. 30 il əvvəl iki xanımın restoranda əyləşib yemək yeməsi qəbul olunmurdusa, maşın sürməsinə qəribə baxılırdısa, bu gün vəziyyət fərqlidir. Cəmiyyət daim dəyişir, bəzi yerlərdə bu, daha sürətlə baş verir, ayrı yerlərdə yavaş. Buna dünyadakı proseslər təsir göstərir və dəyişiklik qaçılmazdır.

Mənim isə ən böyük mübarizəm özümlədir. Özümün daha yaxşı versiyası olmaq üçün çalışıram.
"İTV Xəbər"in məşhur aparıcısı efirdə yaşadığı dəhşəti danışdı: "Nə baş verdiyini salamlaşdığım an dedilər"Xanım aparıcılar efirdən hər hansı xəbəri oxuyarkən bəzən təsirlənirlər və göz yaşlarını saxlaya bilmirlər. Kişilərdə isə bu, nəzərə çarpmır. Sizi efirdə həyəcanlandıran hadisəni bizimlə bölüşə bilərsiniz?

- Adətən efirə çıxarkən artıq baş vermiş hadisədən məlumatlı oluruq və bütün emosiyaları efirdən əvvəl yaşamış oluruq. Şəhid xəbərləri, bədbəxt hadisələrlə bağlı xəbərləri çatdırmaq olduqca ağrılıdır. Lakin efirdə olarkən yaşadığım ən dəhşətli hadisəni sizə danışacağam.

Bərdəni raketlə vurublar! Canlı bağlantıdasan! Təcili olaraq xəbərlərin xüsusi buraxılışı üçün studiyaya gəlmişəm, nə baş verdiyini bilmirəm. "İTV Xəbər"in "şapkası" bitib, kadrdayam, danışmalıyam və həmin anda qulağıma deyilən bu sözlərlə efirə başlamalıyam. Yəni nə baş verdiyini salamlaşdığım anda mənə dedilər. Giriş verib sözü ötürürəm hadisə yerində olan müxbirə və o, ətraflı məlumat verməyə başlayır, azı 5 nəfərin ermənilərin raket atəşi nəticəsində dünyasını dəyişdiyini deyir. Ərazidəki qan gölməçələri binaya daxil olduqca daha qorxulu mənzərələrlə dəyişirdi. Yanğınsöndürənlərin və təcili tibbi yardım maşınlarının sirenləri, gərginlik və dəhşət doğuran kadrlar məni də öz ağırlığı ilə əzdi. İnsanların hansı anları yaşadığı, doğmalarını, əzizlərini itirdiyi, necə qorxu keçirdiyi fikri bir neçə saniyədə bütün bədənimi iflic etdi. Əsirdim, ağlayırdım. Hər zaman özümü cilovlamağı bacarmağımla fəxr edən mən kadr arxasında olan kimi özümü emosiyalarıma həvalə etməyə cürət tapdım. Bu anda telekanalın baş redaktoru studiyaya daxil olub, məni güclü olmağa çağırır, sakitləşdirirdi, efir üçün bunu etməyə məcbur idim. Kadr mənə keçəndə bunu təbii ki, bildirmədim. Haqqım da yox idi. Başına raket yağanların yaşadıqları yanında bu nə idi ki?!

Aydın məsələ idi ki, düşmən özü qorxurdu, döyüş meydanında bacarmırdı deyə hirsini dinc əhalidən çıxırdı. Xalqımızın mübarizliyini, ordumuzun qələbə ruhunu sarsıtmaq istəmişdi. Bacarmadı...

- Xəbər verilişlərinin standart və dəyişməz qayda-qanunları var. Bu sərtlik, ciddilik və rəsmiyyət sizi sıxmır ki?

- Xeyr, sıxmır. Çünki nə qədər şux, şən və zarafatcıl olsam da, işimə gələndə istər kadrarxası olsun, istərsə də efirdə olduqca ciddi, dəqiq və tələbkar oluram. Yəni efirdəki mən, elə həyatda iş saatında olan mənəm, sadəcə əynimdəki pencək kimi üzərimə geyindiyim obraz deyil.

- 2021-ci il sizin üçün necə keçdi? Şaxta baba gerçək olsaydı, ondan arzunuz nə olardı?

- Uzun müddət sağlamlığımdakı problemlə mübarizə aparırdım. Antibiotiklərin təsiri olaraq həkimlərin səhv müalicəsinin fəsadı. Ölkə xaricində belə müalicə edə bilmirdilər, çünki funksional pozuntu sayılırdı və psixoloji amillərlə əlaqələndirilirdi. Xarici mənbələrdən oxuduğum məlumatlar sayəsində özüm-özümü müalicə edə bildim və indi istədiyim hər şeyi yeyə bilirəm deyə xoşbəxtəm. Baxmayaraq ki, birdən-birə 8 kilo kökəlmişdim. Amma mənə olar, illərlə istədiyimi yemirdim, pəhrizdə idim. Artıq özünü toparlamaq zamanıdır.

- Uğur insana verilən ilahi bir nemətdir, ya onu özümüz qazanmalıyıq?

- Həyatda tanıdığım ensiklopedik savadlı, mədəni, qısası, böyük uğurlar qazanacaq potensialda olan insanlar var. Lakin uğur tamam ayrı şeydir. Bunların heç birinə sahib olmayan, lakin uğurun daima üzərində olduğu adamlar görmüşük. Uğur və bəxti sən yaratmırsan. O, ya alnına yazılıb, ya da yox. İnsan isə mübarizə aparmaqla, sağlam ambisiyaları ilə uğuru yaxınlaşdıra bilər.

- "İctimai TV"də işlədiyiniz Xəbərlər departamentində qarşınıza qoyulan tələblər və qadağalar nələrdir?

- Qadağalarla üzləşməmişəm. Addımlarını necə atacağını bilən adama qadağalar qoymağa ehtiyac olmur.

- Sizin senzuranız nədir?

- Senzura mühitə, məkana və əhatədəki insanların şüuruna görə dəyişir.

- Məşhurluğunuz, yoxsa gözəlliyiniz daha çox köməyinizə çatır?
"İTV Xəbər"in məşhur aparıcısı efirdə yaşadığı dəhşəti danışdı: "Nə baş verdiyini salamlaşdığım an dedilər"- Özümü gözəl və məşhur hesab etmirəm. Köməyimə çatan savadımdır. Hər ötən gün daha məlumatlı, bilikli olmağa çalışıram. Təkcə televiziyada deyil, bütün sahələrdə məhz savadlı insanlara ehtiyac var.

- Sevgi və evlilik sizin üçün nə ifadə edir?

- Sevgi və evlilik harmoniyadır, həyata birgə davam etməkdir, dostluqdur, hər şeyi paylaşmaqdır, məsuliyyəti birgə daşımaqdır. İstirahəti birgə keçirməyi arzulamaqdır. Nələrdəsə fərqli olmaqdır, həm də bu fərqliliklərinizi qəbul etməkdir.

- Nərmin Salmanovanın görünməyən tərəfləri nədir?

- Görünməyən tərəfim yoxdur. Efirdən işimin tələbinə görə şəxsi keyfiyyətlər aydın sezilmirsə, sosial şəbəkələr belə bir imkanı yaradır. Fikirlərimi, mövqeyimi, bəzən narahatlıqlarımı büruzə verirəm. Lakin son dövrlər özümə daha çox vaxt ayırmağa çalışdığım üçün sosial şəbəkələrdən də uzaqlaşmışam. Mütəmadi baş verən ruh halıdır. Mən buna "rəqəmsal detoks" deyirəm.
"İTV Xəbər"in məşhur aparıcısı efirdə yaşadığı dəhşəti danışdı: "Nə baş verdiyini salamlaşdığım an dedilər"- İnsanları hansı xüsusiyyətlərinə görə dəyərləndirir, seçir və onlarla dost olursunuz?

- Səmimiliyə görə. Mənim üçün əsas olan budur. Səslənməsi adi görünən bu sözün olduqca ağır çəkisi var. Çox az adam özünə tamamilə səmimi deyə bilər. Hansısa məqsəd ummadan mənəvi olaraq insanla yaxınlıq hiss etmək, düşüncələrini səmimi formada, don geydirmədən ifadə etməyi bacarmaq. Bundan başqa, dostuna hər an kömək etməyə hazır olmaq, dəstəkləməyə can atmaq. Əsl dostluq da elə budur. İnsanlar çox vaxt dostluğu ən yaxşı halda əylənmək, deyib-gülmək kimi başa düşürlər. Çox vaxt isə dostluqda bir tərəf digərindən və ya ikisi də bir-birindən daima hansısa mənfəət əldə etmək istəyir: nüfuzundan istifadə edib yanında görünməyə can atır, özü üçün nələrsə umur. Belə dırnaqarası dostluqlar tərəflərdən biri istəyinə çatanda və ya çatmayacağını anlayanda bitir.

- Sizcə, bu gün biz nəyin qiymətini bilmirik?

- Əlimizdə olanların. Bir şeyi itirəndə onun dəyəri gözümüzdə qalxır. Sahib olduqlarımız bizə adi görünür. Ona görə də kainatda yüksək mənəvi dəyərlərə malik, texnoloji baxımdan inkişaf etmiş, daha üst sivilizasiyaların, mükəmməl varlıqların mövcudluğuna inanıram. Mən axı perfeksionistəm.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2946   Tarix: 05 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021