İşçilərin real maaşını gizlədən sahibkarlara XƏBƏRDARLIQ

İşçilərin real maaşını gizlədən sahibkarlara XƏBƏRDARLIQAzərbaycanda minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində minimum əməkhaqqının həmin məbləğdən az olmaması üçün ciddi nəzarət tədbirləri görür.

Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2021-ci ilə dair fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sərəncamları ilə ölkəmizdə əməkhaqqı sisteminin inkişafında ciddi irəliləyişə nail olunduğunu vurğulayıb.

O, 2019-cu ilin əvvəlində 130 manat təşkil edən minimum əməkhaqqının son üç ildə 2,3 dəfə artırılaraq 300 manata çatdırıldığını, bu il üçün yaşayış minimumunun (210 manat) 43 faiz üstələdiyini bildirib.

İclasda iş yerlərində minimum əməkhaqqının 300 manatdan az olmaması üçün ciddi nəzarətin həyata keçirilməsinin, bununla bağlı işçilərin əmək hüquqlarının qorunmasının vacibliyi qeyd edilib.

Yeni tədbirlər planı əsasında bu istiqamətdə aparılan işlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, "Əmək müqaviləsi bildirişi" altsistemi vasitəsilə bu sahədə vəziyyətə elektron nəzarət olunur. Əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə əhatə olunub.

Altsistemdə əmək müqaviləsində minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının qeyd olunmasına məhdudiyyət tətbiq olunub.

Bu il yanvarın 1-dək 300 manatdan aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrində artıq yeni ilin ilk günündən müvafiq düzəlişlər edilməsi üçün elektron sistem vasitəsilə aidiyyəti işəgötürənlərə xəbərdarlıq mesajı da çatdırılıb.

İclasda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, eləcə də əmək münasibətləri sahəsində inzibati xətaların elektron informasiya sistemləri vasitəsilə aşkarlanması, həmin xətalarla bağlı e-qaydada inzibati icraatın tətbiqi sahəsində görülmüş işlər və xidmətin qarşısında duran vəzifələr müzakirə olunub./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1297   Tarix: 07 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr