Bakıda şagirdləri döyən direktorla bağlı AÇIQLAMA: Ciddi tədbir görüləcək - FOTO
"Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olaraq bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri ilə birgə paytaxtdakı 9 nömrəli məktəbdə olduq. Məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlərlə və məktəb rəhbərliyi ilə görüşdük, səmimi söhbət etdik".
Bu barədə İctimai Şuranın sədri Günel Səfərova paylaşım edib.
"Məktəb idarəçiliyində müasir yanaşmaların, təhsilverənlərə və təhsilalanlara qarşı düzgün münasibətin formalaşdırılmasının zəruriliyini nəzərə çatdırdıq, şagirdlərə müvafiq tövsiyələr verdik.
Məsələnin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırıldığını nəzərə alaraq, araşdırmaların nəticələrinin qanunvericiliyin tələblərinə uyğun olacağına, müəllimin və məktəbin nüfuzunun qorunmasına, eləcə də müəllim-şagird münasibətlərinə xələl gətirən halların aradan qaldırılmasına xidmət edəcəyinə inanıram.
Ona da inanıram ki, məktəb direktoru barədə ciddi tədbir görüləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, ötən gün paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın təhsil ocağında şagirdləri döyməsi barədə məlumat hazırlamışdıq./Oxu.az




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)