Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏ

Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏBakıda kişinin qardaşı arvadını öldürməsi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub.

Sonxeber.az xəbər verir ki, lent.az sözügedən dəhşətli qətlin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, 39 yaşlı Səbuhi Kərimov qardaşı Həbib Kərimlinin həyat yoldaşı Laləzar Kərimlinin qonşuluqda yaşayan Əli Əliyevlə sevgi münasibətində olması haqda məlumat əldə edib. Bundan sonra qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə martın 26-sı saat 20 radələrində qardaşı oğlu Kərim Kərimli ilə birlikdə bacısı Mehriban Bəkirzadənin yaşadığı Qobustan qəsəbəsi, massiv 4, ev 30 ünvanına gəlib. Yardımçı tikilinin mətbəxinə daxil olaraq Laləzar Kərimliyə yaxınlaşıb. Sol əli ilə boyun nahiyəsindən tutub və sağ əlində saxladığı bıçaqla ona 11 zərbə vurub.
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏLaləzar Kərimlinin meyiti

İş üzrə dindirilmiş Səbuhi Kərimov bildirib ki, hadisədən bir neçə gün əvvəl Laləzarın xəyanət etməsi barədə qardaşı Həbib özü ona danışıb. Həbib deyib ki, qaynı Natiqlə birlikdə Laləzarın telefon danışıqlarını çıxarıb. Laləzara tanımadığı nömrədən zənglər gəldiyini və Həbibin də həmin nömrəyə zəng etdiyini öyrənib. Eşitdiklərinə inanmayıb, çünki Laləzar ümumiyyətlə evdən çölə çox çıxmayıb, həm də xəyanət edəcək xarakterdə insan olmayıb. Qardaşı Həbib uşaqları Laləzardan alıb və onu evdən qovub. Qadın əvvəlcə atasının evinə gedib. Amma qardaşı Natiq onu evdən qovub deyə, bacısı Mehribangildə qalıb.
Səbuhi martın 26-da axşam qardaşı oğlu Kərimlə birlikdə icarəyə götürdüyü "Mitsubishi" markalı maşınla Mehribanın Qobustan qəsəbəsində yerləşən evinə yollanıb. Evin həyətinə daxil olublar. Mətbəxə girib Laləzarla qarşı-qarşıya əyləşib. Divanda oturan Mehribandan xahiş edib ki, söhbət etmək üçün Laləzarla onu tək qoysun. Səbuhi Laləzardan niyə belə etdiyini soruşduqda qadın Əli adlı şəxslə evdə görüşdüyünü deyib. Bu zaman Səbuhi masanın üstündə olan bıçağı götürüb qadına zərbə endirməyə başlayıb. Şok vəziyyətində olduğundan neçə zərbə vurması dəqiq yadında qalmayıb. Qadın yerə yıxılandan sonra Səbuhi qardaşı oğlu Kərimlə birlikdə evdən uzaqlaşıb. Sahil qəsəbəsinə çatanda maşını saxlayıb. Kərimə və dayısı oğlu İsaya Laləzarı öldürdüyünü deyərək hər ikisini avtomobildən düşürdüb. Daha sonra o, bir neçə dəfə 102 xidmətinə zəng etsə də, xətt məşğul olub. Axırıncı dəfə görüşmək üçün anasının yanına gedib, təkrar 102-yə yığıb, cinayət törətdiyini bildirib. Səbuhi Kərimov əlavə edib ki, əməlindən peşmandır.
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏSəbuhi Kərimov, istintaq fotosu

Zərərçəkmiş şəxsin hüquqi varisi Natiq İsgəndərov ifadəsində göstərib ki, mərhum Laləzar Kərimli onun doğma bacısıdır. Təxminən 2020-ci il mart ayının əvvəllərində bayram ərəfəsində Laləzar bir müddət onlarla yaşayıb. Həmin vaxt Həbib ona Laləzarın başqa şəxslə görüşdüyünü deyib. Natiq Həbibdən bunu haradan bildiyini soruşub. O da deyib ki, guya bacısı bunu özü ona etiraf edib. Natiq daha sonra eşitdiklərini bacısı Laləzardan də soruşub. O, bunun yalan olduğunu söyləyib. Laləzar evdəki söz-söhbətdən bezdiyini və küsüb bacısı Mehribanın evinə getdiyini bildirib. Martın 26-sı saat 21 radələrində bacısı Mehriban telefonda ağlaya-ağlaya Natiqə deyib ki, Laləzarı qaynı Səbuhi bıçaqla vuraraq qaçıb. O da yaralını qonşu Zöhrabın maşını ilə Qobustandakı 20 saylı Təcili Tibbi Yardım Stansiyasına aparıb. Ora çatanda həkimlər bacısının artıq öldüyünü bildiriblər. Natiq İsgəndərov qeyd edib ki, xəyanət barədə eşidəndə Həbibə məsələni araşdıracağını deyib. Amma Səbuhi heç nə aydınlaşdırmadan, heç bir sübut olmadan bacısını öldürüb.
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏQətldə istifadə olunan bıçaq

Şahid Mehriban Bəkirzadə bildirib ki, mərhum bacısı Laləzarın əri Həbiblə münasibətləri yaxşı olmayıb, mütəmadi onu döyüb. Laləzar qapalı insan olduğu üçün çox məsələləri onunla bölüşməyib. 2020-ci ilin mart ayında Həbib sözü olduğu üçün Laləzarı evlərinə çağırıb və ona xəyanət etdiyini söyləyib. Laləzar bu barədə sübutu olub-olmadığını soruşduqda Həbib vaxtı gələndə deyəcəyini bildirib. Bacısı onlarda qalanda Mehribanın əri Həbibin qardaşı arvadı ilə yaxın münasibətdə olduğunu dilə gətirib. Laləzar hadisədən bir neçə gün əvvəl söhbət etmək üçün Səbuhini çağırmasını xahiş etsə də, Mehriban razı olmayıb.

Mehriban martın 26-da Səbuhi ilə Laləzarın nə danışdıqlarını eşitməyib. Bir qədər sonra Laləzarın qışqırıq səsini eşidib. Səbuhi otaqdan çıxıb və çöldən, qapını dəstəyindən tutub. İçəri girməyə icazə verməsə də, Mehriban onun əlini kənara çəkib və qapını açıb. Səbuhi ilə Kərim qaçıblar.
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏQətl baş verən evin qapısı

Şahidin sözlərinə görə, bacısından xəyanət barədə soruşanda o, bunu inkar edib. Ancaq ölməmişdən əvvəl, onda bir sirr olduğunu və bu barədə Səbuhiyə danışacağını deyib.

Şahid Zöhrab Gülmalıyev bildirib ki, martın 26-da N.Niftəliyev küçəsi, 7 ünvanında yerləşən evində tikinti işi ilə məşğul olub. Saat 20 radələrində qonşuluqda, əmisinin evindən səs-küy eşidib, dərhal ora qaçıb. Həyətə daxil olanda əmisi arvadı Mehriban Səbuhinin Laləzarı bıçaqladığını deyib. Zöhrab evində işləyən ustanı çağıraraq köməkləşib yaralını maşına qoyub. Xəstəxanaya çatanda həkimlər müayinə edib, qadının öldüyünü bildiriblər.

Şahid Həbib Kərimli ifadəsində göstərib ki, 2020-ci il martın 2-də arvadı Laləzar ona xəyanət etdiyini və peşman olduğunu deyib. Həbib ona kiminlə xəyanət etdiyini soruşsa da, cavab almayıb. Laləzar həmçinin xəyanət etdiyi adamla görüşdüyünü və intim əlaqədə olduğunu da bildirib. Bundan sonra Həbib yoldaşını evdən qovub, uşaqlar isə evdə, atalarının yanında qalıb.
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏQətl olan evdən foto

Bildiyi qədər Laləzar bir müddət atasının evində qalıb, sonradan isə bacısı ilə yaşayıb. Həbib bu barədə əvvəlcə anasına, hadisədən 2-3 gün əvvəl isə qardaşı Səbuhiyə danışıb. Martın 26-sı uşaqları ilə qohumlarından birinin evinə qonaq gedib. Oğlu Kərim onlarla gəlməyərək evdə qalıb. Saat 21-də qaynı Natiq ona zəng vurub Səbuhinin Laləzarı öldürdüyünü xəbər verib.

Kərimə zəng vuranda, oğlu da bu məlumatı təsdiq edib. Həbib Laləzarın ölümündən sonra onun xəyanət etdiyi iddia olunan Əli adlı şəxslə maraqlanmayıb, ondan heç nə soruşmayıb. Ancaq Əlinin qəsəbədən köçüb, getdiyini eşidib.
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏSəbuhi Kərimov

Şahid Həbibə Vəliyeva bildirib ki, martın 2-də qardaşı Həbib deyib ki, Laləzar son vaxtlar özünü narahat hiss edib, tez-tez otağa keçərək dualar oxuyub. Həbib Laləzara xəyanətlə bağlı suallar verib. Həbibin sözlərinə görə, Laləzar başqa şəxslə münasibətinin olduğunu və onu bağışlamasını istədiyini bildirib. Laləzar öz bacısının və Həbibənin yanında əvvəl deyib ki, həmin oğlan onu dükana gedəndə görüb, arxasınca düşüb. Sonra guya blokda yaxınlaşıb, Laləzarı öpüb. Mehriban Laləzarın danışdıqlarını eşidib çox hirslənib, bildirib ki, "ölsən də Həbibdən ayrılmağa qoymaram səni, get yoldaşından xahiş elə ki, səni bağışlasın".

Martın 26-da Səbuhi ilə Kərim Həbibəgilə gələrək bir az oturub, çıxıb gediblər. Hara getdiklərini soruşanda, Səbuhi işləri olduğunu deyib. Laləzarla aralarında olan danışıqları telefon vasitəsilə yazıb. Səs yazmaqda məqsədi gələcəkdə məhkəmədə bundan istifadə edərək uşaqları Laləzarın yox, Həbibin himayəsində qalması üçün istifadə etmək idi.
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏQətl baş verən mətbəx otağı

Məhkəmə iclasında Səbuhi Kərimov ittiham üzrə özünü qismən təqsirli bilib.

Bakı Agır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Kərimov cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1422   Tarix: 07 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr