Zibillikdə can verən MƏDƏNİYYƏTİMİZ-VİDEO REPORTAJ

Zibillikdə can verən MƏDƏNİYYƏTİMİZ-VİDEO REPORTAJAbşeron yarımadasının ən böyük kəndlərindən biri olan Maştağadayıq. "Şamxal hamamı"nın qarşısında dayanmışıq. Burada bu hamamın tarixi mədəniyyət nümunəsi olmasını əks etdirən yazı və ya lövhə də yoxdur. Keçək içərisinə. İçəridə məişət tullantıları atılıb. Burada bir lövhə var. Deyəsən, bu, hamam haqqında olan məlumat lövhəsidir. Elədir ki, var. "3188 inventar nömrəsi ilə qeydiyyata alınan abidə dövlət tərəfindən qorunur" yazılıb. Buna qorumaq demək olarsa. Üst-başımızın toz içində olmasından yəqin ki, vəziyyətin nə yerdə olduğunu gördünüz. 17-ci əsrə aid olan bu mədəniyyət nümunəsinin necə qorunması göz qabağındadır. Bir zamanlar canımızı təmizləyən bu hamam hazırda zibilliklərin cəngində can verir. Bu biabırçılqıdır. Buradan keçməyə də yer yoxdur. Hamamın bu vəziyyətə düşməsində buranı zibilliyə çevirən sakinlərin də günahı var. Abidə tozun-torpağın içində olamaqla yanaşı, dayaqları uçlub, dağılır və divarları nəmişlikdən kif bağlayıb. Keçmişdən gələcəyə uzanan və tarixə qovuşan böyük tarix belə gedərsə, yox olacaq. İlk baxışdan zibil poliqonunu xatırladan hamamın qapılarının dirəkləri də çürüyərək tamamilə sıradan çıxıb. Hamamın içində olan yuyunma otaqlarından birinin qapısı da uçulub, yerə düşüb. Bir sözlə, bu mədəniyyət abidəsinin nə dərəcədə təhlükəli olduğunu yalnız huraya gələrək, öz gözünüzlə görməlisiniz. Bir zamanlar insanları təmizliyə qovuşduran bu hamamın indi özünün təmizliyə ehtiyacı var. O olmasın, bu olsun" filmindən bir fraqment yadıma düşdü. Yayın istisində harada sərinləmək olar, qışın soyuğunda harada qızınmaq olar, adam harada pak olar-Hamamda. Yəqin ki, söhbət "Şamxal hamamı"ndan getmir, gedə də bilməz. Heç paklıqdan danışmağa belə dəyməz. Hətta bura çəkiliş üçün girməyə belə cəsarət lazımdır. Hazırda bizim dayandığımız yer belə çöküb. Yəqin ki, dayanmağımdan hiss edirsiniz ki, qorxa-qorxa dayanmışam. Bu gün tarixi özündə yaşadan və elə tarixin özü olan, dövlət qeydiyyatına alınan əksər tarixi hamamlarımızda vəziyyət eynidir. Amma nədənsə Mədəniyyət naziri Anar Kərimov deyir ki, abidələrin bu vəziyyətə düşməsində vətəndaş günahkardır: "Bu təkcə dövlətin məsuliyyəti deyil. Baxımsız hesab edilən hamam zibil atmaq vətəndaşın məsuliyyətidir. Bunların sayı çoxdur regionlarda da. Mədəniyyət nazirliyi tərəfindən kompleks tədbirlərin keçirilməsi planlaşdırılır. Belə abidələrin sayının çox olduğundan Mədəniyyət Nazirliyinin resursları məhduddur. Burada biz başqa yanaşmaları da fikirləşməliyik. Özəl sektorla tərəfdaşlığın qurulması və eyni zamanda cəmiyyətimizin mədəni irsimizə həssaslığın artırılması". Bunu anladıq, cənab nazir. Amma məsələ orasındadır ki, baxımsızlıqdan uçulub-dağılan və "dövlət tərəfindən qorunur" lövhəsi vurulsa da, heç bir mühafizə xidmətinin belə olmadığı bu hamam təbii ki, məsuliyyətsiz vətəndaşın zibil məkanına çevriləcək. Bu ayrı məsələ. İndi hamını düşündürən bir sual var: Bu gün siçovulların və digər gəmiricilərin sevimli məkanına çevrilən "Şamxal hamamı" nə vaxt təmir ediləcək? Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov sualımıza cavab olaraq bildirdi ki, heç vaxtı yoxdur, tədbirə hazırlaşır, araşdırıb, məlumat verəcəyik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1268   Tarix: 07 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr