Azərbaycanda daha bir xəstəxanaya orqan köçürülməsi icazəsi verildi
Azərbaycanda daha bir tibb müəssisəsinə donor orqanların götürülməsi, hazırlanması və saxlanmasını həyata keçirmək icazəsi verilib.
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı"nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Belə ki, "Bona Dea" Beynəlxalq Xəstəxanası donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən (ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası) tibb müəssisələrinin siyahısına əlavə olunub.
Baş nazirin imzaladığı digər qərarla isə "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na dəyişiklik edilib. Belə ki, "Bona Dea" Beynəlxalq Xəstəxanası donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına daxil edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)