Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri bu il də genişlənəcək

Ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri bu il də genişlənəcəkPrezident İlham Əliyevin tapşırığı əsasında icra edilən ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri müxtəlif qurumlarla birgə layihələr əsasında 2022-ci ildə də genişlənəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin fəaliyyətinə dair iclasda qeyd edilib.

Ödənişli ictimai işlər proqramının işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında xüsusi əhəmiyyəti diqqətə çatdırılıb. Proqramın yeni məşğulluq sahələri üzrə şaxələndirilməsi istiqamətində son illər bir sıra qurumlarla əməkdaşlıqda önəmli işlər aparılıb.

İclasda qeyd edilib ki, 56 min iş yerini özündə əhatə edən ödənişli ictimai işlər proqramı çərçivəsində ötən il Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Müdafiə Nazirliyi, ASAN xidmət, YAŞAT Fondu, Mediasiya şurası və s. qurumlarla birgə layihələr icra olunub. Bu layihələr üzrə həmin qurumlar üçün müxtəlif sayda ictimai iş yerlərinin ayrılması prosesi həyata keçirilib. Son günlərdə 1231 işsiz və işaxtaran şəxs isə 60 rayonu əhatə edən yeni birgə layihə üzrə "Azərpoct" MMC və "Aztelekom" MMC müəsissələrində poçtalyon və operator işlərinə cəlb olunub.

Ümumilikdə, müxtəlif qurumlarla layihələr çərçivəsində əmək müqaviləsi əsasında iş yerlərinə cəlb olunan işsiz və işaxtaran şəxslər eyni zamanda əmək fəaliyyəti dövründə müvafiq sahələr üzrə ilkin peşə və ixtisas bacarıqlarına da yiyələnirlər. Bu da onların gələcək məşğulluq imkanlarını genişləndirmiş olur.

Proqramın icrasına, bu sahədə şəffaflığın təminatına, ödənişli ictimai işçilərin işə davamiyyətinə, onların əməyinin mühafizəsinə nəzarətin həyata keçirilməsi istiqamətində görülən işlər də iclasda müzakirə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 872   Tarix: 09 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr