Bakıda yeni tikilən metrostansiyadan görüntülər - FOTO
Bakı metrosunda ikinci yerüstü stansiya 2022-ci ildə hazır olacaq.
Bu barədə Bakı Metropolitenindən Sonxeber.az-a bildirilib.
Qeyd edək ki, Xocəsən deposunda sərnişinlər üçün yerüstü stansiya da tikilir. Qəsəbə və ətraf ərazilərin sakinlərinin və burada çalışanların şəhərin digər inzibati ərazilərinə yolunu xeyli qısaldacaq bu stansiya "Bakmil"dən sonra Bakı metrosunun ikinci yerüstü stansiyası olacaq.
Onun inşasında da əhəmiyyətli mərhələ geridə qalıb. Müasir tələblərə uyğun olaraq burada da sərnişin platformasına qalxmaq üçün iki eskalator quraşdırılıb.
Hazırda vestibül, keçid tuneli və gözləmə zalında döşəmə və divar üzləməsi işləri tamamlanıb. 7 vaqonluq qatarları qəbul edəcək 144 m uzunluğunda platformanın tikinti-quraşdırma işləri tamamlanıb, üzləmə işləri aparılır.
Bura qədər çəkiləcək dəmir yolunun da yalnız stansiya qarşısındakı hissəsi qalıb. Xidməti otaqlarda da son tamamlama işləri, kabelləşmə davam edir.
Bundan başqa, hazırda daha bir stansiya inşa olunur.
İnşaat işləri Bənövşəyi xəttin Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı "B-04" olan stansiyada da fəal fazasına 2021-ci ilin yay aylarında qədəm qoyub.
Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında və 1 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında yerləşən stansiya kompleksinin uzunluğu 170 metrdir.
Ərazinin relyefinə görə 29-32 metr dərinlikdə olacaq stansiya 4 səviyyədən ibarət olacaq. 2021-ci il ərzində bu səviyyələrdən birincisində - kassa zalı səviyyəsi tikilib.
Stansiya ekoloji cəhətdən təmiz, eyni texniki və iqtisadi cəhətdən səmərəli "Qruntda divar" üsulu ilə inşa olunduğundan işlər qənaətli yuxarıdan aşağı olmala aparılır. İkinci səviyyə texniki, üçüncü platformaya keçid xarakterli mezonin qatı, sonuncu isə 144 metr uzunluğunda platforma olacaq.
"Memar Əcəmi" stansiyasından başlayaraq, Bənövşəyi xəttin stansiyaları "Qruntda divar" üsulu ilə tikilir. Bu üsulun tələblərinə uyğun olaraq 1010 və 1021 metr uzunluqlarında olan iki tunel də inşa olunub.
Bu isə o deməkdir ki, sonuncu, platforma səviyyəsində 7 vaqonlu qatarların dayanması üçün nəzərdə tutulmuş stansiya yolu da qazılıb.











Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir