Qurbanı kəsilməyən, döyüşün bitməsinə 30 dəqiqə qalmış şəhid olan Nicatı siz də tanıyın-FOTO
44 günlük Vətən müharibəsində bizə öz canı bahasına qələbə bəxş edənlərdən biri də Tarıverdiyev Nicat Şöhrət oğludur.
Sonxeber.az xəbər verir ki, o, müharibənin bitməsinə 30 dəqiqə qalmış şəhadətə ucalıb.
17 noyabr 1998-ci il tarixdə Şamaxıda doğulan Nicat 9 noyabr 2020-ci ildə Ağdərə istiqamətində şəhadətə ucalıb.
Evin tək oğlu olan şəhid Nicat anası Şükran xanım ilə son danışıqda "Hər şey yaxşı olacaq, darıxma. Oradakılara da de, darıxmasınlar" deyib.
Şəhidimizin atası Şöhrət bəy və anası Nicatın gəlməsi və torpaqlarımızın azad olunması münasibəti ilə qurban kəsməyi niyyət ediblər.
Ananın sözlərinə görə, qurban kəsdikləri zaman hərbi prokurorluqdan zəng gəlib. Şükran xanıma deyilən "Sizin oğlunuz qəhrəmandır" cümləsi və oğlunun şəhadət xəbəri ananı göz yaşlarına boğub.
Nicat 16 noyabr 2020-ci il tarixində İkinci Fəxri xiyabanda dəfn edilib.
Ölümündən sonra o, "Vətən uğrunda", "Cəsur döyüşcü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Şamaxı Şəhəri Dədəgünəşli kəndində şəhidimizin adına bulaq inşa edilib.



ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir