İnternetdən avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bu üsulla aldadıla bilərsiniz - VİDEO
İnternetdə maşın satmaq adı ilə insanları aldadıb pulunu alan, sonra isə yoxa çıxan dələduzlar yenə iş başındadır. Bu dəfə onların qurbanı olan Göygöl sakininin 1900 manat pulu mənimsənilib. Vüqar Alıyev 4 aydır ki, onu aldadanı tapa və pulunu geri ala bilmir.
Uzun müddətdir işlədiyi işindən çıxdı, maşın alıb taksi fəaliyyəti göstərmək fikrinə düşdü. İnternetdə gördüyü maşın elanının izi ilə əlaqəyə girdiyi şəxs isə onun inamından sui istifadə edib pulunu mənimsədi. Hadisə Göygöl sakini Vüqar Alıyevin başına gəlib. Güya maşını satan şəxs əvvəlcə ona Oğuza gəl deyib, sonra isə kartına pul yüklətdirib.
Elə həmin vaxt telefon söndürüləndən sonra Vüqar bir də pul göndərdiyi şəxslə əlaqəyə girə bilməyib. Onu Oğuz rayon xəstəxanasında axtarıb, sonra yerli polisə müraciət edib. Asayiş keçikçiləri kart məlumatları əsasında dələduzun kimliyini müəyyən edə biliblər.
Məsləhətə əsasən Yevlax Polis Şöbəsinə müraciət edən zərərçəkən 4 aydır ki, xəbər gözləyir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.\baku.ws
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1227 Tarix: 11 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr