Bazarda fəhlə işlədi, qızının kirayə mənzilində dünyasını dəyişdi - Novruz Qartalın həyat dramı

Bazarda fəhlə işlədi, qızının kirayə mənzilində dünyasını dəyişdi - Novruz Qartalın həyat dramıKulis.az ötən həftə dünyasını dəyişən Əməkdar artist Novruz Qartal haqqında maraqlı faktları təqdim edir.

Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə martın 20-də Qərbi Azərbaycanda anadan olub. O vaxt vəzifədə ermənilər olduğundan, onlar azərbaycanlıların milli bayram günlərində doğulan övladlarının ad günlərini həmin bayram günlərinə yox, başqa günlərə yazırmışlar. Novruzun da ad günü şəxsiyyət kağızında 20 mart yox, 1 mart yazılır.

Xilaskar?! - İslam Əlicanov
Aşıq Əliyə ağır itki üz verdi
Məşhur rejissor vəfat etdi

1964-cü ildə ailə Bakıya köçür. Novruz 18 yaşından Qara Şəhərdə fəhlə işləməyə başlayır. Yaxşı yumor bacarığı olduğundan, müdirinin təkidi ilə 1966-cı ildə sənədlərini Mirzağa Əliyev adına Teatr İnstitutuna verir. Ondan Adil İsgəndərov, Rza Təhmasib, Müxlis Cənizadə və Fatma Qədri imtahan götürür. Adil İsgəndərov sonralar ona deyir:

"Səndən yaxşı aktyor olacaq".

1967-ci ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında gözətçi kimi işə düzəlir. Bir dəfə isə teatrın qapısında oturanda yaraşıqlı bir kişi içəri daxil olur, ondan Şəmsi Bədəlbəylini soruşur. Novruz Qartal isə onu buraxmır, Şəmsi müəllimə xəbər verəndən sonra qonağı Şəmsi müəllimin yanına aparır. O, sonradan öyrənir ki, gələn qonaq o vaxtkı Mədəniyyət naziri Rauf Hacıyevdir. Novruz Qartalın canına qorxu düşür, düşünür ki, onu teatrdan qovacaqlar. Rauf Hacıyev gedərkən ondan harada oxuduğunu soruşur. Sonra isə Şəmsi müəllimə deyir: "Берегите парня" (Oğlanı qoruyun).

Rus dilini bilməyən Novruz yüz faiz qovulduğunu anlayır, ancaq Nəsibə Zeynalova ona deyir ki, yox, bu səni qorumaq mənasında deyilib. Bu əhvalatın səhəri günü Şəmsi Bədəlbəyli aktyoru rejissor assisenti kimi işə götürür, maaşını isə on beş manat artırır.

Kiçik rollarla işə başlayan Novruz Qartalın ilk rolu "Toy kimindir" tamaşasındakı Qoşun rolu tərəf müqabili isə Cahangir Novruzov olur. Novruzdan əvvəl isə bu rolu Lütfəli Abdullayev oynamışdı. Tamaşadan sonra Lütfəli Abdullayev əlini başına çəkib deyir, "uğurlu olsun".

"Gülüş səninləsə yüz il yaşarsan" adlı proqram hazırlayaraq bütün bölgələri gəzir. Gürcüstanda olanda aktyor dostları onun haqqında deyirlər, bu Novruz lap qartal kimidir. Eyni vaxtda bir neçə iş görür. Bakıya qayıdandan sonra teatra gələn aktyor afişada öz adının qarşısında Qartal təxəllüsünün yazıldığını görür. Təəccüblənən aktyor direktor müavininin yanına gedib soruşur: "Elxan, bəs mənim adım niyə yoxdur? Novruz Qartal kimdir? İrandan gəlib?". O öyrənəndə ki, afişadakı onun adıdır, inciyir, bir həftə teatrdan küsüb gəlmir. Hacıbaba Bağırov onun ardınca adam yollayır. Aktyor teatra gəlib afişanın dəyişdirilməsini istəyir. Hacıbaba Bağırov isə deyir, "ölsən də dəyişmərəm, Gürcüstanda demədilər ki, qartalsan? Elə bununla da gedəcəksən".

Aktyor özü bu haqda deyir:

"Beləcə, Novruz Əliyev oldu, Novruz Qartal. Bunu hansı məqsədlə eləmişdilər, bilmirəm. Xeyriməmi, ziyanımamı? Amma Allaha qurban olum, Azərbaycan xalqı məni Novruz Qartal kimi də sevdi, Novruz Əliyev kimi də. Sonradan Qartalı dəyişmək istədilər. Mən də dəyişmədim. Şükür Allaha, onlar mənə pislik etmək istədilər, Allah yaxşılığa çevirdi. Bu günə qədər də tanınıram, sevilirəm.

Bu sənətdə məni çox incidiblər, çox əziblər. Nə qədər ediblər, amma qol-qanadımı sındıra bilməyiblər. Dözmüşəm".

Aktyorun ən maraqlı obrazı isə "Hicran" tamaşasındakı Baləli olur. Novruz Qartalı sözlərinə görə bütün aktyorlar tamaşanı mprovizə ilə oynayır və heç bir məşq olmur. Tamaşanın rejissoru Şəmsi Bədəlbəyli əsəbiləşir, acıq edib gedir və deyir "mən belə tamaşa qurmamışam". İşin ən maraqlı tərəfi isə "Hicran" tamaşasında o məşhur üçlük - Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan bir-biri ilə danışmır.

Novruz Qartal teatr fəaliyyəti dövründə "Durna", "Hicran", "Lənət şeytana", "Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu", "Sevindik qız axtarır", "Nənəmin şahlıq quşu", "Hərənin öz ulduzu", "Dəli dünya", "O olmasın, bu olsun", "Bankir adaxlı", "Volqalı canan", "Şeytanın yubileyi" adlı tamaşlarda maraqlı obrazlar yaradıb.

55 illik teatr fəaliyyətinə baxmayaraq 2013-cü ildə Əməkdar artist adını alan Novruz Qartal Xalq artisti adını ala bilmir. Bu haqda ona sual verəndə isə yarızarafat, yarıciddi deyir: "Mənə xalq artisti adını o dünyada verəcəklər".

Aktyor ötən ilin noyabr ayında səhhətində ciddi dəyişiklik hiss edir. Xəstəxanaya gedib müayinə olunandan sonra onu evə buraxmır, orda saxlayırlar. Əməliyyat olunan aktyora bağırsaq xərçəngi diaqnozu qoyulur. Ömrünün son günlərində kirayədə yaşayan aktyorun həyat yoldaşı açıqlamalarının birində bu haqda deyir:

"Həyat yoldaşımı xəstəxanadan çıxarıb kirayə yaşadığımız mənzilə deyil, qızımın evinə aparacam. Düzdür, qızım da kirayədə yaşayır, iki balaca otağı var. Biz yaşadığımız evin sahibi deyir ki, çalışın evimdə yas salmayın. Həm də ev soyuqdur".

Aktyor ağır xəstə yatan vaxtlarda Xalq artisti Afaq Bəşirqızının onun haqqında səsləndirdiyi fikirlər böyük etiraza səbəb olur:

"Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?"

Ancaq xalq öz artistini tək buraxmır. Onun əməliyyatından pul alınmır. Novruz Qartala qan lazım olduğunu öyrənən insanlar ona qan vermək üçün yatdığı xəstəxananın qarşısında növbə gözləyir.

Aktyor filmlərə çox az çəkilib. Hətta bir neçə rola təsdiq olunsa da, sonradan bu rol ondan alınıb başqa aktyora verilir. O özü bu haqda müsahibəsində deyir:

"Filmlərə təkliflər olurdu o vaxtlar. Mən teatrı daha çox sevmişəm. Bir də haqsızlıqlar... Bəzən olurdu ki, mən bir rolu istəyirdim, ancaq həmin rolu başqasına verirdilər, onda da inciyib teatra getmirdim. Elə vaxt olub ki, bütün məşqlər bitib, bilmişəm ki, artıq sabah çəkiliş olacaq, çəkilişə getmişəm, mənə deyiblər ki, sən çəkilməyəcəksən. Demişəm ki, axı, məşq eləmişəm? Sonra öyrənmişəm ki, filankəs bir blok "Marlboro" verib deyə həmin adamı çəkiblər. Yəni bir blok "Marlboro"ya görə mənim rolumu başqasına veriblər".

Uzun sürən xəstəlikdən sonra Novruz Qartal 2022-ci il yanvar ayının 8-də dünyasını dəyişir. O, Gəncədə yerləşən İmamzadə məzarlığında torpağa tapşırılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1955   Tarix: 11 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr