Turan şagirdləri döyən müəllimləri müdafiə etdi
Aparıcı Turan İbrahimov şagirdləri döyən müəllimləri müdafiə edib.
Sonxeber.az OLAY-a istinadən yazır ki, o bu barədə sosial media hesabında yazıb:
"Bizim vaxtımızda müəllim bizi vururdu da, danlayırdı da. Üstəlik, valideyinimiz də bütün hallarda müəllimin ayağını bizə vermirdi. Haqqına…
Çox şükür, nə fiziki, nə də psixi travmamız var. Tam əksinə, yerimizi bilmişik, başqasının da yerini dar etməmişik.
Bu nədir? Müəllimlər uşağa səsini qaldıran kimi, sosial şəbəkələrdə hay-küy qopur. Müəllimlərin üzərinə bu qədər gediləcəksə, müəllimlik inistitunun nə hörməti qalacaq, nə də nüfuzu. Uşaqlar da özünü üstün sanıb daha da azğınlaşacaq.
Şəxsən mən oğluma demişəm ki, "eşidəm-biləm müəllimlərə qarşı nəsə səhvin olub, məndən incimə". Müəllim haqsız olsa belə, bunu böyüklər çözməlidir. Uşaqlar üçünsə haqlı olan, həmişə müəllim olmalıdır".
Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə şagirdi döyən məktəb direktorunun videosu müzakirə olunurdu.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2096 Tarix: 11 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr