Ramiz Mehdiyevə gecikən ZƏRBƏ! Mərdəkandakı istirahət mərkəzi nəzarətindən çıxdı - FOTO
Baş nazir Əli Əsədov Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı"və "Dendrologiya Bağı" publik hüquqi şəxslərin yaradılması haqqında Qərar imzalayıb.
Qərarda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin və "Dendrologiya Bağı" publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilsin.
Qərarda həmçinin qeyd olunur ki, AMEA Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin və "Dendrologiya Bağı" publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.
Hazırda Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutunun ərazisində AMEA-nın "Qonaq Evi" fəaliyyət göstərir. AMEA-nın rəsmi veb-səhifəsində göstərilir ki, qonaq evləri müasir dizaynda təmir edilib, lazımi avadanlıqlarla təhciz olunub. İstirahət mərkəzində qonaqların və uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Burada qonaqlama və istirahət üçün 17 geniş və rahat otaq təqdim olunur. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89 ünvanında yerləşən qonaq evinin 1 günlük qiymətləri 1 nəfər üçün 50 manat (səhər yeməyi daxil olmaqla), 2 nəfər üçün 70 manat (səhər yeməyi daxil olmaqla) təşkil edir. /yeniavaz.com/

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir