Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ: Qəbiristanlıqda içki məclisi qurdular - VİDEO
Ağcabədidə qəbiristanlıqda nalayiq hərəkətlər edilib, qəbirlərə ziyan vurulub.
Hadisə Ağcabədi rayonunun Qaravəlli kəndində baş verib.
Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə bir neçə nəfər spirtli içki içdikdən sonra qəbiristanlıqda nalayiq hərəkətlər edib, qəbirlərə ziyan vurublar.
Hadisədən səhərisi günü xəbər tutan kənd sakinləri deyirlər ki, qəbiristanlıqda yeyib-içən şəxslər məzar daşlarına qarşı xoşagəlməz hərəkətlər ediblər. İçkiləri də məzar daşlarının üzərinə töküblər. Habelə qəbristanlıqda olan ağacları qırıblar. Sakinlər bunu təhqir adlandırıblar.
Qaravəlli kənd bələdiyyəsinin sədri Rövşən Quliyev isə deyib ki, hadisədən sonra rayon polis şöbəsinə məlumat verilib.
Məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Xəzər Xəbər"ə bildirilib ki, Ağcabədi rayonu, Qaravəlli kəndindəki qəbiristanlıqda xuliqanlıq hərəkətlərinə yol verilməsi barədə kənd sakinlərinin şikayəti əsasında rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılıb. Müəyyən edilib ki, dekabrın 31-i saat 23:35-də bir neçə kənd sakini spirtli içkilərin təsiri altında qəbristanlıqda xuliqanlıq hərəkətlərinə yol verib. Həmin şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb. Dörd nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan 3 nəfəri 10 gün müddətinə inzibati qaydada həbs edilib, bir nəfər isə cərimə olunub.
Sonxeber.az xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir