"1 il keçsə də, bu qısa dövr ərzində medianın inkişafı istiqamətində çox mühüm addımlar atılıb" - Emil Əkbərov
"Medianın İnkişafı Agentliyinin yaranmasından 1 il keçsə də, bu qısa dövr ərzində medianın inkişafı istiqamətində çox mühüm addımlar atılıb".
Bunu Sonxeber.az-a açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Akbarov deyib.
O, qeyd edib ki, ötən ilin yanvar ayının 12-də, cənab Prezident İlham Əliyevin media sahəsində islahatların dərinləşdirilməsi haqqında imzaladığı Fərman əsasında yaradılan Medianın İnkişafı Agentliyinin yaradılması və bu qurumun atdığı addımlar medianın arzulanan səviyyəyə çatmasına kömək edəcək:
"Əslində Medianın İnkişafı Agentliyinin yaradılması da milli mediamızın inkişafı tarixində yeni keyfiyyət mərhələsinin başlanğıcı sayılır. Qısa dövr ərzində biz bu yenilikləri gördük.
Düzdür, bir il qısa dövr olsa da, amma jurnalistlərin peşəkarlıq səvyyəsinin artması və media qurumlarının maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində Medianın İnkişafı Agentliyi tərəfindən çox böyük addımlar atılıb.
Agentliyin yarandığı ilk dövrdən başlayaraq, müxtəlif qurumlarla birgə təşkil etdiyi və xarici mütəxəssislərin də iştirak etdiyi seminarlar jurnalistlər tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm də onların çalışdığı sahə üzrə daha da peşəkarlanmasına kömək etdi.
Ümumiyyətlə, bütün təşkil olunan seminarlar, onlayn və çap media ilə bağlı keçirilən müsabiqələrin hər biri media strukturlarının maddi təminatının yaxşılaşdırılması ilə yanaşı, həm də jurnalistlərin pəşəkarlıq səviyyəsinin yüksədilməsinə xidmət edir.
Medianın İnkişafı Agentliyi və onun peşəkar, səmimi kollektivi hər zaman media nümayəndələrinin problemləri ilə bağlı müxtəlif qurumlarla görüşlər təşkil edir, mövcud vəziyyətin müsbətə doğru dəyişməsi üçün mühüm addımların atılması ilə bağlı üzərlərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirir.
Ən önəmlisi isə, Medianın İnkişafı Agentliyinin onlayn media üçün keçirdiyi müsabiqə onu göstərdi ki, KİVDF dövründə olduğundan fərqli olaraq, artıq onlayn media diqqətdən kənar qalmır və daha "dost-tanış" amili əsas rol oynamayacaq.
Əminliklə deyə bilərik ki, cənab Prezidentin fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi qısa müddət ərzində ona olan ümidləri doğrultmağı bacardı".
Emil Akbarov vurğulayıb ki, "Media haqqında" yeni qanun layihəsinin qəbul edilməsi mediamızın inkişafı sahəsində atılacaq addımlar milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək və cənab Prezidentin media qarşısında qoyduğu yeni inkişaf tələblərini yüksək səviyyədə icrasını təmin edəcək:
"Əminəm ki, Medianın İnkişafı Agentliyinin bundan sonra da mediamızın inkişafı sahəsində atacağı addımlar milli informasiya resurslarımızın inkişafı və onların fəaliyyətinin təkmilləşdirilməsinə ciddi töhfələr verəcək. Aparılacaq islahatlar medianın dövlət tərəfindən maliyyələşməsini, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasını əhatə edəcək, ən önəmlisi isə, media-dövlət-cəmiyyət üçbucağında sağlam əməkdaşlığı, medianın bütün qurumlarında məsuliyyət və etik-peşə davranışlarının daha təkmil hala gətirilməsini, beynəlxalq əlaqələrin qarşılıqlı faydalı platformaya çevrilməsini yüksək səviyyədə təmin edə biləcək.
Sonda MEDİA-nın bütün kollektivini təbrik etmək istəyirəm. Onlara mətbuatımızın inkişafı üçün gördükləri işlərdə uğurlar arzulayıram".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir