Bərbərxana və gözəllik salonlarından istifadə edənlər üçün VACİB XƏBƏR - Bundan sonra...
2022-ci il yanvarın 1-dək Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları məcburi olaraq nəzarət-kassa aparatları ilə həyata keçirilirdi.
Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bu siyahı genişləndirilib.
BAKU.WS Dövlət Vergi Xidmətinə istinadla bildirir ki, mövzuya iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.
Ekspert qeyd edib ki, 2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, pərakəndə ticarət fəaliyyəti, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri, mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər mütləq olaraq pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları ilə həyata keçirməlidirlər.
Göründüyü kimi, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər də 2022-ci il yanvarın 1-dən nəzarət-kassa aparatları tətbiq edəcək.
A.Bayramov əlavə edib ki, nəzarət-kassa aparatı tətbiq edən vergiödəyiciləri təqdim etdikləri mala (iş, xidmətə) görə ödənişi POS terminalla aldığı halda da qarşı tərəfə nəzarət-kassa aparatının çekini təqdim etməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir