Azərbaycanda dolların qalxması ilə bağlı AÇIQLAMA
Son dövrlər insanlar arasında belə fikir yayılıb ki, ABŞ dolları qalxacaq, manat isə ucuzlaşacaq.
Azərbaycanda fəaliyyət göstərən 13 bankda isə ABŞ dollarının alış dəyəri Mərkəzi Bankla eyniləşdirilərək 1,70 AZN-ə bərabər olub.
Mövzuyla bağlı Sonxeber.az iqtisadçı Elşən Məmmədovdan münasibət öyrənib.
O bildirib ki, ölkənin xarici iqtisadiyyatındakı vəziyyət dolların bahalaşması və valyutanın məzənnəsində dəyişikliklərin olmasına əsas vermir:
"Fikrimcə, Azərbaycanda dolların bahalaşması gözlənilmir. Çünki bunun üçün fundamental əsaslar yoxdur. Düzdür, Mərkəzi Bank buna gedə bilər, amma belə bir qərar inzibati ola bilər.
Bütövlükdə, bunun müsbət və mənfi tərəflərini tərəziyə qoyub təhlil etsək, sözsüz ki, dolların valyuta məzənnəsinin dəyişməsinin mənfi nəticələri xeyli dərəcədə daha çox ola bilər. Ona görə də hesab edirəm ki, Mərkəzi Bank, ən azından yaxınmüddətli perspektivdə, bu addıma getməyəcək. Azərbaycanda məzənnənin sabit saxlanılması üçün tam şəkildə şərait var. Həm ölkənin suverən qızıl valyuta ehtiyatları kifayət qədərdir, hətta ölkəyə daxil olan valyutadan daha çoxdur. Ona görə də dolların məzənnəsinin dəyişməsi, ümumiyyətlə Azərbaycan manatının məzənnəsinin qeyri-sabit olması üçün heç bir əsaslı arqument yoxdur".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5473 Tarix: 12 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr