Ali Baş Komandan Azərbaycanın yeni silahlar almasından danışıb
"Müharibə dövründə biz, əlbəttə, çoxlu sayda döyüş sursatından istifadə etmişik, indi biz onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bizim üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Növbəti məqam – müxtəlif xarakterli müasir silah sistemlərinin alınmasıdır. Biz bu məsələyə həmişə böyük əhəmiyyət vermişik. Ona görə ki, hərbi texnologiya inkişaf edir və biz həmişə ən yaxşı texnologiyaları almaq istəyirik. Bildiyiniz kimi, bizə silah satmaq istəyənlərin sayı baxımından problemimiz yoxdur. Üçüncüsü – Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması. İkinci Qarabağ müharibəsi Böyük Qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə deməkdir. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar. Bununla belə, İkinci Qarabağ müharibəsi bizim bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin bizim tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir. Lakin indi dediklərimdən artığını məlum səbəblərə görə deyə bilmərəm. Komando qüvvələrinin yaradılması bizim hərbi potensialı təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir. Bu proses başlanıb və artıq dediyim kimi, davam etdiriləcək", - Prezident vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir