Prezident 3-cü doza vaksin olunduğunu açıqladı

Prezident 3-cü doza vaksin olunduğunu açıqladıPrezident İlham Əliyev vaksinasiyadan keçməsindən danışıb.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində deyib ki, vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az:

"Eyni zamanda, buster dozasını 1 milyon 500-dən (???) çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm.

Hazırda bir çox ölkədə əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlıdır. Bizdə isə vəziyyət müsbətdir. Bizdə hazırda 10 min çarpayı var, onlardan cəmi 10 faizi doludur. Yəni, 9 min çarpayı boşdur. Allah eləməsin, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var. Burada önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Bizdə 875 reanimasiya yerimiz var, onlardan 26 faizi doludur.

Burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik. Məhz buna görə biz demək olar ki, bütün məhdudiyyətləri aradan qaldırdıq. İndi bir çox ölkələr yenidən qapanır, yenidən məhdudiyyətlər tələb edirlər. Bu, insanların psixoloji vəziyyətinə, iqtisadi fəallığa çox mənfi təsir göstərir. Biz isə hər şeyi vəziyyətə uyğun şəkildə edirdik, lazım olan halda qapanırdıq, lazım olan halda açılırdıq.

Yəni burada əsas məsələ bu virusun yayılma həcmini azaltmaqdır. Onu da bildirməliyəm ki, Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur. İndi insanlar şüurlu şəkildə gedirlər, bu peyvəndi alırlar və başa düşürlər ki, bu, onları qoruyur. Peyvəndlənmiş insanların arasında ölüm halları çox azdır. Bəlkə də peyvəndlənmiş xəstələrdən hansısa çox ciddi xəstəliyi olan, yaxud da ki, xroniki xəstələr dünyadan gedir. Mənim tanıdığım bir çox insan var ki, onlar vaksinasiyadan keçiblər, sonra yoluxublar və əsasən çox yüngül keçib. Hətta mən "omikron"a yoluxmuş insanları tanıyıram ki, 5-6 günə heç bir ciddi simptom olmadan sağalırlar. Görünür ki, "omikron" daha zəif virusdur. Mən düzü, mütəxəssis deyiləm, bu haqda belə geniş fikir söyləmək istəmirəm. Amma müşahidələrim onu göstərir ki, bu, daha yoluxucudur, amma fəsadları daha azdır.

Amma bunu da heç kim bilmir. Bunu əlbəttə ki, biz gərək izləyək. Əsas məsələ özümüzü, hamımız özümüzü qorumalıyıq. Hər birimiz vaksin almalıyıq və vaxtaşırı o anticisimlərin sayını da yoxlamalıyıq.

Mən də özümü yoxlatdırıram, qan analizi verirəm, baxıram. Mən nə üçün üçüncü dəfə peyvənd olundum?! Gördüm ki, artıq məndə anticisimlər azalır. Haradasa artıq o səviyyəyə düşə bilər ki, sanki peyvənd almamışam, ona görə üçüncü – "buster" dozanı aldım. Heç bir təsir yoxdur, Azərbaycanda ümumiyyətlə heç bir fəsad olmayıb. Çünki həm "Sinovac", həm "Pfizer" görünür ki, çox sağlam və keyfiyyətli vaksinlərdir. Ona görə məsləhətim budur və əlbəttə ki, özlərini qorusunlar, öz valideynlərini qorusunlar.

Xüsusilə yaşlı insanlar özlərini qorumalıdırlar. Bütün bu yeni davranış qaydalarına biz gərək özümüzü uyğunlaşdıraq. İndi görək, deyirlər ki, bu viruslar illər keçdikcə öz gücünü itirir və sonra adi qrip halına çevrilir. Ümid edirəm ki, bunu da biz görəcəyik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 914   Tarix: 12 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda zəncirvari qəza: Xəsarət alan var - FOTO - VİDEO

Bakının Yasamal rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. -a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb:. "Hadisə bu gün saat 10:00-da, Yasamal rayonu Cəfər Cabbarl

19 iyun
.

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda son günlər yumurtanın qiymətində müşahidə olunan kəskin ucuzlaşma istehlakçıların diqqətini çəkib. Bəzi marketlərdə bir ədəd yumurtanın qiyməti 1-4 qəpiyə qədər enib. Quş Əti və Yumurta İstehsalçıları Assosiasiyasının sədri Mürvət Həsənli Qaynarinfo-ya açıqlamasında bildirib ki, qiymətləri

19 iyun
.

KİV: İran Hörmüz boğazını yenidən bağladı

Hörmüz boğazı akvatoriyasında xəbərdarlıq atəşləri açılıb və İran ordusu radio vasitəsilə gəmilərin əraziyə yaxınlaşmasına qadağa qoyulduğunu elan edib. xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Hadisə ilə bağlı hələlik heç bir rəsmi təsdiq yoxdur. İranın Fars Körfəzi Boğazı İşlər

19 iyun
.

Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO

Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, son günlərədək 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurta marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var. Bildirilir ki

19 iyun
.

Gəncədə Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib

Gəncə şəhərində Aşıq Ələsgər adına 36 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi Rüstəm İsayev vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, Vətən müharibəsinin iştirakçısı R.İsayev ötən gün dünyasını dəyişib. Qeyd edək ki, o, Vətən müharibəsində

19 iyun
.

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

"Dr.Gülü" kimi tanınan Gülbadə Abdullayevadan yenidən şikayət daxil olub. "Unikal"a istinadən xəbər verir ki, pasiyent İnci Həsən qızı Babayeva "Büllur" klinikasında üzgərdirmə əməliyyatından sonra problemlərlə rastlaşdığını bildirib. Onun sözlərinə görə, Gülbadə Abdullayevanı

19 iyun
.

Milli Məclis bəzi qanunların mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılmasını ilk oxunuşda təsdiqləyib

Milli Məclis "Avtomobil yolları haqqında", "Dövlət rüsumu haqqında" və "İcbari sığortalar haqqında" qanunların mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılmasını birinci oxunuşda təsdiqləyib. xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanunda dəyişikli

19 iyun
.

İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona "Dostluq" ordenini təqdim edib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:

19 iyun
.

Azərbaycanda 2025-ci il istehsalı olan 5 avtomobil utilizasiyaya verilib

Azərbaycanda utilizasiyaya verilən avtomobilərin köhnəsi 1948-ci ilin, ən yenisi isə 2025-ci il istehsalı olub. xəbər verir ki, bunu Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olun mediatur çərçivəsində jurnalistlərə deyilib. Qeyd edilib ki, 2025-ci i

19 iyun