Azərbaycanda bu şəxslər 2200 AZN cərimə olunacaq - VİDEO
Mürəkkəb texniki malların - yəni məişət əşyaları, elektrik cihazları, musiqi alətləri, saat, foto və bu kimi digər məhsulların mütləq texniki pasportu olmalıdır. Və bu pasportların Azərbaycan dilində tərtib olunması vacibdir. Əks təqdirdə sahibkarlar cərimə ediləcəklər.
BAKU.WS xəbər verir ki, Bəziləri türk, bəziləri ingilis, əksəriyyəti isə rus dilindədir. Mürəkkəb texniki malların qutusundan çıxan pasportlarda Azərbaycan dilində 1 söz belə yoxdur.
Evinə televizor, soyuducu və bu kimi digər məişət əşyaları, o cümlədən, elektrik cihazları, musiqi alətləri, saat, foto və kino aparatları alan vətəndaşlar satıcıdan haqlı olaraq texniki pasprort da tələb edirlər. Amma dil biliyin yoxdursa, bu pasport da faydasızdır.
Satıcılar deyir ki, texniki pasport hər malın öz qutusunda olur. Onlar da məhsulu satan zaman alıcıya təqdim edirlər. Pasport hansı dildə hazırlanıb, alıcı anlayır ya yox, məhsuldan düzgün istifadə edə biləcəkmi, bu artıq onları maraqlandırmır.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin böyük məsləhətçisi Jalə Qəmbərova "Xəzər Xəbər"ə bildirdi ki, qanunvericiliyə əsasən müştəriyə aldığı malın Azərbaycan dilində tərtib olunmuş texniki pasportu təqdim olunmalıdır. Çünki orada məhsulun quruluşu, işlənmə mexanizmi və təmiri ilə bağlı əsas məlumatlar yer alır.
Jalə Qəmbərovanın sözlərinə görə, mürəkkəb texniki malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə fiziki şəxsləri 350 manatdan 500 manatadək, vəzifəli şəxsləri isə 1650 manatdan 2 200 manatadək cərimə gözləyir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir