"Omicron"a yoluxanlar neçə günə sağalır? - Baş infeksionist AÇIQLADI
Xəbər veriyimiz kimi, artıq Azərbaycanda da "Omicron" ştammına yoluxma aşkarlanıb.
Bəs, yeni ştammı kimlər daha ağır keçirdir? Onun spesifik xüsusiyyətləri nələrdir?
Suallarla bağlı Lent.az-a açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, bu xəstəliyi 60 yaşdan yuxarı insanlar daha ağır keçirdir:
"Omicron"u da digər ştamlarda olduğu kimi risk qruplarına daxil olan şəxslər (60+, ağır xroniki xəstəliyi olanlar) daha ağır keçirir. Yaşa görə xəstələnmə hallarının sayının uşaq kontingentində əvvəlki ştamlarla müqayisədə bir qədər artdığı bildirilir. "Omicron" ştammına qarşı qoruyuculuq əldə etmək üçün tam (2 doz) peyvənd olunmalıdır. Əgər sonuncu dozdan 5-6 aydan çox vaxt keçibsə, 3-cü buster doz vurdurulmalıdır.
Baş infeksionist həmçinin bildirib ki, "omicron" ştammının törətdiyi xəstəlik kəskin respirator virus infeksiyalarına çox oxşardır və əsasən yüngül keçir:
"Onu digərlərindən fərqləndirən heç bir spesifik simptomu yoxdur. Yüngül xəstəlik hallarında "omicron" daha tez (5-7-10 günə) sağalır"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir