Bəhramdan üzr videolarına ironik reaksiya
Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən yayımlanan qayda pozan vətəndaşların üzr videolarına ironik münasibət bildirib.
Sonxeber.az xəbər verir ki, aktyor çəkdiyi videoda xanımlardan, turistlərdən üzr istədiyini vurğulayıb.
"Mən "filankəsov filankəs" qadınlardan üzr istəmək istəyirəm. Bütün Bakıya gələn turistlərdən, şəhərin bütün itlərindən, pişiklərdən, "Maşa və ayı", "Donald"dan üzr istəyirəm. Sual verəcəksiniz ki, niyə? Bir azdan gedirəm sinif yoldaşlarımla yeyib içməyə. Başıma nə gələcək bilmirəm. Bu videonu çəkirəm, birdən lazım olar" deyə, Bəhram paylaşdığı videoda deyib.
Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə inzibati xəta törətmələrinə dair videoları yayılan şəxslər DİN tərəfindən müəyyən edilərək polis bölməsinə çağırılır, üzr görüntüləri yayılır. Bir neçə gün əvvəl isə bu cür videosu yayılan Samid Bağırov adlı şəxs və bayraqla maşınını təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü olub. "Gelandewagen" sürücüsü Samid isə aztəminatlı şəxsləri təhqir edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir