DİN-dən Bakıda müəllimin şagirdin başını divara çırpmasına REAKSİYA
Daxili İşlər Nazirliyi Bakının Xəzər rayonunda şagirdin müəllim tərəfindən zorakılıq görməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yanvarın 12-də Təranə Rüstəmova Xəzər Rayon Polis İdarəsinin 3-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, 28 dekabr 2021-ci ildə 117 saylı məktəbdə idman dərsi zamanı qızı L.Əliyeva fiziki tərbiyə müəllimi Kəmalə Qasımova tərəfindən döyülüb:
"Həmin müraciətlə əlaqədar məktəbli və valideyni polis şöbəsinə dəvət edilib. Valideynin izahatı alınıb. Daha sonra məktəb müəllimi K.Qasımova da polis şöbəsinə dəvət edilərək onun da izahatı alınıb. Müəllim ifadəsində şagirdin məktəbin divarlarını yazdığına görə tənbeh etdiyini və döymədiyini qeyd edib.
Eyni zamanda, məktəblinin valideyninə azyaşlının tibbi ekspertizadan keçirilməsi təklif olunub. Lakin valideyn uşağın xəsarətinin olmadığını bildirib və tibbi ekspertizadan keçirilməsini istəməyib".
O qeyd edib ki, hazırda iş üzrə şahid ifadələrinin alınması prosesi davam etdirilir:
"Toplanmış materiallar qərar qəbul edilməsi üçün Xəzər Rayon Prokurorluğuna göndəriləcək".
Qeyd edək ki, ötən gün Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşdığı barədə məlumat yayılmışdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir