DİN-dən Bəhram Bağırzadənin ironik videosu ilə bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım edib. Tanınmış aktyor sosial şəbəkə hesabında paylaşdığı videoda dostları ilə yeyib-içməyə gedəcəyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini deyərək məsələyə yumoristik şəkildə münasibət bildirib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, B.Bağırzadənin videosu çəkindirici xarakter daşıyır:
"Əməkdar artist Bəhram Bağırzadə teatral sənət adamı, sənətkardır. Hansısa mövzuya onun yanaşması sənətlə əlaqəlidir. Mövzunun mahiyyətində olan sarkazm üzrxahlıq edən adamın vəziyyətini əks etdirir. Anlaşılandır, neqativ hallara meylli şəxslərin profilaktikasında çəkindirici xarakter daşıyır".
Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə inzibati xəta törətmələrinə dair videoları yayılan şəxslər DİN tərəfindən müəyyən edilərək polis bölməsinə çağırılır, üzr görüntüləri yayılır. Sonuncu belə hadisələr aztəminatlı şəxsləri təhqir etdiyi deyilən "Gelandewagen" sürücüsü Samid Bağırov və bayraqla avtomobilini təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü ilə bağlı yaşanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Pensiyalar bu tarixdə ödəniləcək
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir