Avstraliyada dağ Bakıdakı mənzil qiymətinə satılır - FOTO
Avstraliyanın Kvinslend ştatında Brisben şəhərindən 100 kilometr aralıda yerləşən Maunt Hallen dağı satışa çıxarılıb.
Məlumata görə, 107,2 hektar torpaq sahəsi olan yüksəkliyi əldə etmək istəyənlər cəmi 620 min Avstraliya dolları (təqribən 763 min manat) ödəməlidirlər. Bu Bakının mərkəzindəki mənzillərin qiymətindən belə aşağı qiymətdir.
Maunt Hallen dağının zirvəsindən Vivenho gölünə mənzərə açılır. Ora yalnız yolsuzluq avtomobili ilə getmək mümkündür. Yüksəklikdə geoloqların ərazinin xəritələrini yaratmaq üçün istifadə etdikləri köhnə stansiyadan başqa heç bir infrastruktur yoxdur.
Əvvəlki sahibi dağlarda yaşamaq arzusunda olub və Maunt Hallendə "Qocalar evi" tikməyi planlaşdırıb. Lakin ərazidə belə bir mülk tikmək çətin olduğu üçün onlar başqa yerə köçməyə qərar veriblər.
Bununla belə, rieltorların sözlərinə görə, təpədə fərdi ev tikmək üçün əlverişli sahə mövcuddur./Oxu.az






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 985 Tarix: 13 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabr