E.Həbibullayev:"Kitabda qələbəmiz və Prezident İlham Əliyevin siyasəti haqqında uşaqların anlaya biləcəyi tərzdə məlumatlar verilir"
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyi ilə birgə hazırlanan və azyaşlı uşaqlar üçün nəzərdə tutulan Vətən müharibəsində qazanılan Zəfərə və müdrik sərkərdəyə həsr edilən "Bizim böyük Qələbəmiz" adlı kitabın təqdimatı keçirilib. Milli Azərbaycan Tarixi Muzeyində keçirilən təqdimat mərasimində Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbər şəxsləri və nümayəndələri, müharibə iştirakçıları, müəllim, şagird və könüllülər iştirak ediblər.
İlk öncə muzeyin foyesində qonaqlar və tədbir iştirakçıları şagirdlər tərəfindən hazırlanan kompozisiya ilə tanış olub, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasını dinləyiblər.
Təqdimat mərasimini Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev açmışdır.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Hüseyn Abdullayev, 27 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova, 6-ci sinif şagirdi, Milli Azərbaycan Tarixi Muzeyin direktoru Nailə Vəlixanlı, BŞİHBA İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və digər çıxış edənlər bildiriblər ki, bu kitab ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin dahi sərkərdəlik məharəti sayəsində qazanılan Qələbəmiz barədə uşaqlar üçün nəzərdə tutulan ilk nəşrlərdən biridir. Kitabın uşaqlarımızın ölkəmizin tarixini öyrənmələri, onlarda Vətənə məhəbbət və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətindəki işlərdə böyük əhəmiyyəti olacaqdır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirdi ki, bu kitabın bir özəlliyi də ondan ibarətdi ki, kitab uşaq auditoriyası üçün nəzərdə tutulub və bu kitabda bizim böyük qələbəmiz haqqında, əsqər və zabitlərimizin sücaəti haqqında, prezident İlham Əliyevin siyasəti haqqında uşaqların anlaya biləcəyi tərzdə, sadə formada məlumatlar verilir.
Sonda tədbir iştirakçıları və məktəblilər muzeyin yeni eksponatları ilə tanış olublar.
Mərasimdən sonra "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri paytaxt məktəblərində şagirdlərə kitabı təqdim edərək onlara Vətən müharibəsindəki Şanlı Qələbə barədə məlumat veriblər.











Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Bakıda maraqlı toy karvanı - Video
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi
Bakıda ətin qiyməti 19 manat oldu
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı