Ölən xanımının şəklini cibində gəzdirdi, səhnədə huşunu itirdi...

Ölən xanımının şəklini cibində gəzdirdi, səhnədə huşunu itirdi...Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür.

Sonxeber.az Kulis.az-a istinadən bu münasibətlə unudulmaz ifaçı haqqında maraqlı faktları təqdim edir.

Mirzəağa (Mirzə) Əbdülcabbar oğlu Babayev 1913-cü il iyul ayının 16-da Bakının Maştağa kəndində doğulub, anası Sonaxanım bəy ailəsindən olub. Mirzə Babayev İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndir. Evləri İçərişəhərin M.Ə. Sabir küçəsində olub.

Mirzə Babayevin atası - Əbdül Cabbar müasirliyin tərəfdarı olub, vaxtaşırı Parisə gedib-gələrmiş. Yeddi oğlu, bir qızı olub. Uşaqlarının təhsilinə ciddi fikir verib — demək olar ki, hamısı ya Peterburqda, ya da Moskvada təhsil alıb.

Mirzə Babayevdə musiqiyə maraq, yəqin ki, anasından keçib. Anası Sona xanım Xanlarova rəfiqələrini evə qonaq çağırarkən, onlar üçün qarmon çalarmış. Mirzə Babayev böyük səhnəyə çıxandan əvvəl, 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda, indiki AZİ-də, çıxış edirmiş.

Mirzə Babayev Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışıb. Müharibədə iştirak edib. Rostovda döyüşüb, müharibədən leytenant rütbəsi və orden-medallarla qayıdıb.

Müharibədən qayıdandan sonra M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. Sənət cameəsinin Mirzə dayısı ixtisasca memar idi. Bakıda bir çox binaların, o cümlədən, Nizami adına Ədəbiyyat muzeyinin, Vətən kinoteatrının layihə müəlliflərindən olub.

1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Hətta Bülbül istəyirmiş ki, onu opera müğənnisi kimi hazırlasın, lakin Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevin dediyinə görə, Mirzənin səsi estrada mahnılarının ifası üçün daha uyğun olub. Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib. Mirzə Babayevin ilk estrada ifaçısı olması etiraf olunur, amma nədənsə caz ifaçısı kimi qəbul edilmir. Halbuki, Tofiq Quliyev musiqimizin bu mərhələsi haqqında danışanda həmişə onun adını çəkirdi.

Ümumiyyətlə, Mirzə Babayev Tofiq Quliyevlə yaxın olub. Tofiq Quliyev isə bir çox filmlərin musiqisini bəstələyib. Deyirdi ki, əgər həmin filmdə Mirzə də çəkilirdisə, ssenari üzrə mahnı nəzərdə tutulmayanda da, bir mahnı yazırdım ki, onun ifası bu kino lentində də qalsın. "Dərviş Parisi partladır" filmində də belə olmuşdu. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev, Mirzə Babayevə görə yazıb. Mirzə Babayev bəstəkar haqqında deyirmiş:

"Tofiq Quliyev olmasaydı, mən memar kimi davam edəcəkdim".

Təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. Burada "O olmasın, bu olsun" filmi çəkiləndə, Məşədi İbad roluna onu çəkmək istəyirmişlər, amma kimsə mane olub. Məşədi İbadın yalnız musiqi partiyalarını ona etibar ediblər.

Ümumiyyətlə, sovet vaxtı Mirzə Babayevin ifa tərzini, səhnə hərəkətlərini qəbul etməyənlər çox idi. Müğənnilərdən səhnədə statik olmağı tələb edirdilər. Mirzə Babayev axı belə deyildi, ifası müxtəlif hərəkətlərlə müşayiət olunurdu. Elə şanson tərzinin özünü də qəbul etmirdilər. Mirzə Babayev Azərbaycanda estrada janrının banisi olmaqdan başqa, həm də şanson üslubunda oxuyan, demək olar ki, yeganə müğənni idi. Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi Mirzə Babayev üçün şanson mahnıları yazıblar. Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları Mirzə Babayevin ifasında şanson mahnılara çevrilirdi.

Mirzə Babayev Azərbaycanda ironik, zarafatyana mahnıların ilk, bəlkə də, yeganə şanson ifaçısıdır. Məsələn, "Bir utan qızına aşiq olarmı adam", "Mən səni sevirəm" mahnıları zamanında əvəzsiz üslub idi. Mirzədə artistizm çox güclü idi və mahnını kiçik tamaşaya, özünü bədii qəhrəmana çevirə bilirdi. Bu səbəbdən də "Limanlar", "Uzaq yaşıl ada", "Bir axşam", "Gəlmədi", "Kimlər gəldi, kimlər getdi", "İndi günah nə səndədir, nə məndə", "Qurban olum", "Düşürsən yadıma" kimi mahnıları uzun illər sevilib.

Bir dəfə Qarabağın ucqar kəndlərindən birinə, zəhmətkeşlər qarşısında konsert verməyə gedib. Tamaşaçıların arasından bir ağsaqqal çıxıb deyib: "Əgər "Kəpənək" mahnısını oxumayacaqsansa, camaatı konsertə buraxaq". Mirzə gülüb, razılaşıb. Uzun zaman adamlar yaşlı-başlı kişinin kəpənək dalınca qaçmasını qəbul edə bilmir, mahnının əsl mahiyyətini anlamayıb onu lağa qoyurdular.

Həyat yoldaşı əslən şuşalı Güllü xanım vaxtsız rəhmətə gedib. Mirzə onu o qədər çox sevirmiş ki, ondan sonra evlənməyib. Şəklini isə həmişə üstündə gəzdirirmiş. Və söz düşəndə dostlarına göstərirmiş: "Görün necə gözəldir?"

Çoxu bilmir ki, "O olmasın, bu olsun filmində Məşədi İbadın dilindən oxunan mahnıları Mirzə oxuyub. Ümumiyyətlə, bir çox Azərbaycan filmlərində mahnıları Mirzə Babayev ifa edib.

50-yə yaxın filmə çəkilib, bunların çoxunda aktyor kimi iştirak edib. Rollarını o qədər canlı oynayıb ki, dediyi sözlər dillər əzbərinə çevrilib. Dərviş Məstəli şah ("Dərviş Parisi partladır"), Mirişin atası ("Bəyin oğurlanması"), Meyxanaçı (""Dəli Kür"), Bəy ("Qaraca qız") ən məşhur rollarındandır. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev Mirzə Babayevin çəkiləcəyini biləndən sonra yazıb.

Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüş, iki dəfə "Humay" mükafatı laureatı olmuşdur. 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat etmişdir.

Mirzə Babayev ən uzunömürlü müğənnilərimizdəndir. Olduqca pozitiv insan olub. Görənlərə həyat eşqi aşılayıb. O, söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. "Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam". Amma o, 89 yaşında balıqdan zəhərlənir və Bakı Dövlət Universitetinin qarşısında konsert verərkən, səhnədə huşunu itirib yıxılır. Müalicə alıb sağalsa da, 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edir.

Kimlər gəldi, kimlər getdi bu dünyadan

Arif olan nakam getməz bu dünyadan...

Bu mahnını Mirzə Babayev qədər ürəkdən oxuyan olmayıb. Ürəkdən oxuyurdu, oxuduqlarına inanırdı və həyatını da o cür yaşayırdı. Mahnıda deyildiyi kimi, bu dünyadan nakam getmədi. Həm sənətkar, həm də insan kimi unudulmaz ömür yaşadı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1821   Tarix: 13 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr