Bağçada uşağı döyən "tərbiyəçi" kimdir? - VİDEO
Sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər insanların haqlı narazılığına səbəb olub.
Sonxeber.az-ın əldə etdiyi məlumata görə, xoşagəlməz hadisə İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.
Sözügedən bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır. O, 1989-cu ildən şiddət göstərilən uşağ bağçasının rəhbəridir. Hələ həyatda heç nəyi dərk etməyən körpəni vuran isə, Zülfiyyə Baxışova adlı "tərbiyəçi"dir.
Əldə etdiyimiz məlumata görə, Zülfiyyə Baxışova azyaşlının "qohumu"dur.
Bu da sual yaradır ki, əgər doğurdan da qohumdurlarsa, qohumuna bu qəddarlığı edən kəs digərlərinə qarşı necə olar?!
Hadisəyə gəldikdə isə, bu, qadının uşağın şəklini çəkdiyi zaman baş verib. Belə ki, tərbiyəçi şəkil çəkmək məqsədilə azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Körpə də bunu etməyincə, tərbiyəçi onun başına vurur.
Maraqlısı odur ki, həmin bağçada uşaqlar yemək yeyən zaman çəkilmiş yetərincə şəkil var.
Uşağın vurulduğu video yayıldıqdan sonra, digər uşaqların da şəkillərinin çakildiyi zaman zorakılığın olub-olmaması şübhə və sual yaradır.
Qeyd edək ki, hadisə ilə bağlı həm Təhsil Nazirliyi, həm də Daxili İşlər Nazirliyi araşdırma başladıb.




ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2574 Tarix: 14 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabr