Şöbədə öldürülən Xanım qətldən əvvəl nə demişdi? - Polkovnik-leytenantın ifadəsi

Şöbədə öldürülən Xanım qətldən əvvəl nə demişdi? - Polkovnik-leytenantın ifadəsiÖtən ilin sentyabrın 30-da serjant İsmayıl Məmmədovun şöbədə ondan şikayətçi olan arvadını güllələyib öldürməsi ilə əlaqədar cəzalandırılan şəxslərdən biri- xidmətdən qovulan polkovnik-leytenant Füzuli Qurbanov istintaqa ifadəsində hadisənin necə baş verdiyini detallı danışıb.

Sonxeber.az "Qafqazinfo"ya istinadən bildirir ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsində serjant İsmayıl Məmmədovun ondan şikayətə gələn arvadı Xanım Məmmədovaya uşaqlarının gözü qarşısında 15 dəfə atəş açaraq qətlə yetirməsi ilə bağlı məhkəmə prosesinə start verilib.

X.Məmmədovanın şikayətini araşdıran F.Qurbanov qadının əri, elə həmin şöbədə işləyən İsmayıl Məmmədova bu barədə məlumat verərək şöbəyə çağırıb. Onun şikayətçi qadının şöbədə olduğu vaxt polis işləyən ərini ora çağırması ictimai şəxslər tərəfindən tənqid olunub.

Füzuli Qurbanov isə qətllə bağlı istintaqa ifadəsində deyib ki, ötən il sentyabrın 29-da DİN-nin 102 xidmətindən şöbənin növbətçi hissəsinə Məmmədova Xanım Musa qızının əri tərəfindən döyülməsi barədə müraciəti daxil olub: "Yoxlamanın aparılması şöbə rəisi tərəfindən növbədə olduğum üçün mənə tapşırıldı. Sahə inspektoru və əməliyyat müvəkkili ilə birgə Xanım Məmmədovanın müraciətində göstərilən ünvana getdik. Lakin qapını açan olmadı. Daha sonra Xanım Məmmədova ilə telefonla əlaqə saxladım və olduğu yerə gedib izahatını almaq istədiyimi bildirdim. Amma vətəndaş Biləcəri qəsəbəsində olduğunu, dəqiq ünvanı bilmədiyini, özünün sabah şöbəyə gələcəyini dedi. Sentyabrın 30-u səhər 7:30-da Xanım Məmmədova azyaşlı övladları və bibisi ilə birlikdə şöbəyə gəldi. Onları xidməti otağımda qəbul etdim və Xanım Məmmədova ilk olaraq şifahi qaydada başına gələnləri danışdı. O, yersiz qısqanclıq səbəbindən əri tərəfindən döyüldüyünü dedi. Onun rəsmi qaydada izahatı və ərizəsini aldım, daha sonra ekspert müayinəsindən keçməsindən ötrü qərar təqdim etdim. Növbəni təhvil verib evə getməli olduğum üçün işlərini tez yekunlaşdırmaq məqsədilə, Xanımın mənə verdiyi əri İsmayılın mobil telefon nömrəsinə zəng edərək izahatının alınmasından ötrü şöbəyə dəvət etdim".

F.Qurbanov qeyd edib ki, İsmayıl Məmmədovu çağırarkən ona nə ilə əlaqədar izahatının alınacağı haqda məlumat verməyib: "Həmin vaxt Xanım Məmmədova əri ilə üzbəüz gəlmək istəmədiyini dedi. Mən artıq onunla bağlı işləri yekunlaşdırdığımı və əri gələnədək şöbədən gedəcəyini dedim. Xanım Məmmədova ərinin polis olması, eləcə Nizami RPİ-də xidmət aparması ilə bağlı mənə nə şifahi, nə də ki, yazılı məlumat vermişdi.

Xanım Məmmədova getmək üçün otaqdan çıxmağa hazırlaşan zaman İsmayıl Məmmədovun Nizami RPİ-nin PPX əməkdaşı olduğu və artıq şöbədə növbətçi hissənin qarşısında dayandığı barədə mənə məlumat verdilər. Mən Xanım Məmmədovadan hansı səbəblərə görə ərinin polis əməkdaşı olduğunu mənə demədiyini soruşdum. O isə heç bir cavab vermədi.

Mən dərhal materialın aidiyyəti üzrə göndərilməsi üçün daxili rabitə vasitəsilə şöbə rəisinə məruzə etdim. İsmayıl Məmmədovun polis əməkdaşı olduğunu və hazırda şöbədə olduğunu dedim. Şöbə rəisi Seymur Qarayev mənə tapşırdı ki, İsmayılı onun qəbuluna gətirim. İsmayılı rəisin otağına apardım, Seymur Qarayev arvadını döyməsi ilə bağlı İsmayıla iradlarını bildirdi. Daha sonra ona şöbədə material toplanması ilə bağlı bölük komandirini məlumatlandırmasını və xidmətinə geri qayıtmasını tapşırdı. Bundan sonra şöbə rəisi Seymur Qarayev idarə rəisinə məruzə edəcəyini, tam məlumatlı olması üçün Xanım Məmmədovanı da dinləyəcəyini dedi.

Rəisin xidməti otağından çıxanda İsmayılın qəbul otağının qarşısında dayandığını gördüm və İsmayıla xidmətinə qayıtmasını tapşırdım. İsmayıl isə indilərdə gedəcəyini dedi. Mən xidməti otağımda gözləyən Xanımla birlikdə rəisin qəbuluna getdik. Seymur Qarayev Xanımı da dinlədi və əri İsmayılın qanun qarşısında cavab verəcəyini dedi. Rəis mənə materialın aidiyyəti üzrə prokurorluğa göndərilməsi məsələsini həll etməyimi tapşırdı. Xanımla birlikdə rəisin xidməti otağından çıxarkən İsmayıl Xanıma yaxınlaşaraq barışmasını və şikayət ərizəsini geri götürməsini xahiş etdi. Xanım isə artıq hər şeyin gec olduğunu dedi".

Polis polkovnik-leytenantı bildirib ki, bir daha İsmayıla xidmətinə qayıtmasını tapşırıb və Xanımla birlikdə xidməti otağına gedib: "Bir neçə saniyə sonra İsmayıl da otağa daxil oldu. Həmin vaxt mən yarım əyilmiş vəziyyətdə ayaqüstə masa üzərindəki materialları nəzərdən keçirirdim. Xanımla bibisi mənlə üzbəüz, Xanımın azyaşlı övladları isə divanda oturmuşdu.

İsmayıl uşaqları ilə görüşmək üçün otağa daxil olduğunu, görüşüb gedəcəyini dedi. Ona tez uşaqları ilə görüşüb otaqdan çıxmasını tapşırdım və öz işimə davam etdim. Elə bu zaman ani olaraq atəş səslərinə başımı qaldırdım və İsmayılın sağ əlində xidməti silahını tutmaqla ard-arda arvadı Xanıma atəşlər açdığını gördüm.

Bu səhnəni görən kimi Xanıma əlavə güllələrin dəyməsinin qarşısını almaq məqsədilə dərhal masamın arxasından çıxıb İsmayıla yaxınlaşdım. İsmayılın sağ biləyindən və boynundan tutub otaqdan dəhlizə çıxarıb tərk-silah etdim. Bundan sonra şöbə əməkdaşlarının köməkliyi ilə İsmayıl Məmmədov növbətçi hissədə saxlanıldı və hadisə ilə bağlı Nizami rayon prokurorluğuna məlumat verildi. Dərhal xidməti otağıma qayıdıb hərəkətsiz vəziyyətdə döşəmə üzərində üzü üstə uzanıb qalmış Xanım Məmmədovaya yaxınlaşaraq onu çevirdim və ağzından qan gəldiyini gördüm. Dərhal qışqırıb təcili tibbi yardıma məlumat verilməsini tapşırdım.

Lakin təcili tibbi yardım maşını gec gələcəyindən Xanım Məmmədova şöbə əməkdaşlarının köməkliyi ilə xidməti avtomobillərin birində xəstəxanaya göndərildi, mən isə şöbədə qaldım. Xanım Məmmədova xəstəxanaya aparılarkən almış olduğu güllə yaralarından yolda öldü".

Xatırladaq ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami rayonundakı 24-cü Polis Şöbəsində baş verib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3970   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr
.

David Seliverstovdan Çingiz Qənizadəyə qarşı yeni hüquqi zərbə - sabah məhkəmə başlayır

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi sabah başlayır. xəbər verir ki, işə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Sabah keçiriləcək məhkəmə iclasında xüsusi ittiham qaydasınd

22 sentyabr
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr