Kimlərə düşbərə, xəngəl yemək olmaz? - ZƏRƏRİ
Sağlam insanın menyusunda düşbərə, xəngəl, mantı, pelmeni olmalıdır. Qış aylarında yağlı ətlə xəmir yeməyi bədəni qüvvətli və isti edir.
Lakin bəzi xəstəlikləri olan insanlar bu dadlı yeməklərin tərkibinə fikir vernəli və onları özlərinə uyğun hazırlamalıdır.
Medicina.az xəbər verir ki, hazır satılan və restoranlarda verilən düşbərə, gürcü xəngəlinin içinə çox yağlı ət, donuz əti, farşa əlavə olaraq piy, yağ qatılır. Bunu yeməyin dadını yaxşılaşdırmaq və düşbərəni daha yumşaq etmək üçün edirlər. Ona görə ürək, təzyiq, şəkər xəstələri, piylənməsi olanlar əmin olmalıdır ki, ət yağsız ətdir, ona piy qatılmayıb, yaxşı olar ki, onlar üçün bu yeməklər qırmızı yox, ağ ətdən yəni filedən hazırlansın.
Yağlı qoyun ətindən qaçmaq lazımdır.
Düşbərə, xəngələ əlavə ədviyyatlar, duz qatırlar. Bu da insanı daha çox xəngəl sifariş etməyə sövqləndirir.
Qeyd etdiyimiz xəstələrin düşbərə, xəngəlinə duz qatılmamalıdır. Eləcə də un ağ yox, kəpəkli və çovdar unundan olmalıdır. Pelmeni, xəngəli hər hansı tərəvəzli salatla uzlaşdırmaq lazımdır. Mütləq ondan öncə təzə salat yeyin.
Qastriti, mədə-bağırsaq xorası olanlar, oynaq iltihabı, podaqranın kəskin fazasında bu yeməkləri yemək olmaz.
Belə adamlar suda bişmiş pelmeni, xəngəl yeməlidir. Yağda qızarma növü ikiqat zərərlidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı