"Azərbaycan azsaylı ölkələrdəndir ki, burada şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərilir"
İstiqamət: Regionların sosial-iqdisadi inkişafının təşviq edilməsi
"Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibədə bir çox vacib məsələlərə toxundu, ölkəmizdə şəhid ailələrinə və qazilərə diqqət və qayğı ilə bağlı bir neçə vacib məqamı xüsusi qeyd etdi. Onun özünün də vurğuladığı kimi, hazırda Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət digər dövlətlər üçün nümunəvi sayıla bilər".
Sonxeber.az xəbər verir ki, bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan azsaylı ölkələrdəndir ki, burada şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərilir, onlara dövlət tərəfindən mənzil və avtomobillər verilir:
"Qeyd etmək lazımdır ki, bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib, 7400 şəxsə minik avtomobilləri verilib. Bir məsələni də qeyd edək ki, təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri olan 850 nəfər evlə təmin edilib. İkinci Qarabağ müharibəsinin iştirakçıları olan şəhid ailələri və qazilərə isə 750 mənzil verilib. Qeyd olunan rəqəmlər bu sahədə real vəziyyəti tam əks etdirir. Hazırda bu proses uğurla davam etdirilir.
Bütün bunlar Azərbaycanda sosial siyasətin uğurla həyata keçirildiyini göstərir. Dövlət bu kateqoriyadan olan insanların rifah halının daha da yaxşılaşıdırılması üçün mühüm addımlar atır. Gələcəkdə də bu diqqət və qayğı davam etdiriləcək".
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)