Ədliyyə Nazirliyindən türmələrdə pandemiyaya qarşı təqdirəlayiq ÖNLƏYİCİ TƏDBİR

Ədliyyə Nazirliyindən türmələrdə pandemiyaya qarşı təqdirəlayiq ÖNLƏYİCİ TƏDBİRƏdliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova sosial şəbəkə hesabında Ədliyyə Nazirliyinin pandemiyaya qarşı gördüyü tədbirlərlə bağlı maraqlı paylaşma edib.

Sonxeber.az həmin paylaşmanı təqdim edir:

Artıq 2 ildir ki, bütün dünya koronavirus infeksiyası ilə üz-üzədir və bu ümumbəşəri bəla ilə mübarizə bu gün də davam etdirilir. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyələrinə, strategiyalarına uyğun olaraq dünya dövlətlərində COVID-19 pandemiyasına qarşı preventiv tədbirlər həyata keçirilir. Ölkəmizdə də pandemiyanın ilk günlərindən cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görülməkdədir.
Məlumdur ki, bu virusa yoluxmanın qarşısını almaq üçün sadə tələblərə əməl olunmalıdır, başlıcası, qoruyucu maskadan istifadə etmək, mütəmadi dezinfeksiya və sosial məsafə saxlamaq, virusa yoluxan şəxsləri test edərək müəyyən etmək və onları təcrid etmək.
Bu kimi tələblər qapalı mühit və məkanlarda xüsusilə önəmli olmaqla insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Çünki qapalı mühitdə infeksiyanın yayılma riski daha yüksəkdir, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan məhkum və həbs edilmiş şəxslərin saxlanıldıqları penitensiar müəsissələrdə də.
Təsadüfi deyil ki, ÜST-ün təhlillərinə görə, həbsxanalarda yoluxucu xəstəliklərin (məsələn, vərəm) yayılma riski 100 dəfə daha yüksəkdir. Belə xəstəliyin cəmiyyətdən penitensiar müəssisələrə keçməsi üçün həbsxana divarları qətiyyən maneə deyil.
Ona görə də koronavirusun yoluxduruculuğunu nəzərə alaraq ÜST öz məlumatında qeyd edir ki, cəzaçəkmə müəssisələrində və digər azadlıqdan məhrumetmə yerlərində insanlar qapalı mühitdə və bir-birlərinə yaxın yerlərdə - xəstəliklərin ötürülməsini asanlaşdıran şəraitdə yaşayırlar. Həm də onlar ümumi əhali ilə müqayisədə daha təhlükəli risk qrupuna daxildirlər. Bütün bu amillər penitensiar müəssisələrdə olan insanları infeksiyalara qarşı daha həssas edir.
Məhz buna görə ölkəmizdə dövlət başçısı tərəfindən risk qrupuna daxil olan yaşı 65-dən yuxarı olan məhkumların tam əksəriyyəti pandemiyanın ilk günlərində əfv olunaraq azadlığa buraxılmışdır.
Bundan əlavə, penitensiar müəssisələrdə zəruri preventiv tədbirlər də həyata keçirilmiş, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, ÜST-ün tövsiyələrinə uyğun müvafiq qaydalar, tələblər müəyyən edilmiş, məhdudiyyətlər tətbiq edilmişdir.
Koronavirusun yayılma riski və bununla bağlı ölkəmizdə sərt karantin rejiminin elan olunması nəzərə alınaraq, əvvəllər məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılmışdı, aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim-mütəxəss və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilirdi, halbuki bəzi dövlətlərdə həmin şəxslərin müəssisələrə girişi müvəqqəti olaraq qadağan edilmişdi.
Bütün penitensiar müəssisələrdə qısamüddətli görüş otaqları sanitar-epidemioloji tələblərə uyğun yenidən qurulmuş, şüşə arakəsmələr və kabinalar quraşdırılaraq danışıq qurğuları ilə təchiz edilmiş, həmçinin məhkumlarla onlayn görüşlərin təşkili, eləcə də cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında keçirilməsi imkanı yaradılmışdır.
Sonralar karantin rejiminin yumşaldılması çərçivəsində məhkumlara sovqat və banderolların ötürülməsi, görüşlərin verilməsi bərpa olunmuşdur.
Həmçinin ölkədə həyata keçirilən vaksinasiya strategiyasına uyğun olaraq bütün məhkumların vaksinasiyası həyata keçirilmiş, buster dozanın vurulması isə başa çatmaq üzrədir.
Lakin bəzən sosial şəbəkələrdə koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə, tələblərə dair mənfi fikirlərə rast gəlinir, məhkumlarla görüşə gələn şəxslər, o cümlədən bəzi vəkillər tərəfindən koronavirus testindən keçmək tələbinə narazılıq ifadə olunur.
Bildirməliyəm ki, məhkumların ailəsi və yaxınları ilə qısamüddətli görüşləri zamanı hazırda COVID-19 pasportu tələb olunur. Uzunmüddətli görüşlərin verilməsində isə bununla yanaşı, PCR testdən keçmək lazım gəlir. Həmçinin vəkil, müstəntiq və digər şəxslərin məhkumlarla görüşlər zamanı testdən keçmək zərurəti vardır. Çünki hazırda koronavirusun yeni "omicron" ştamı dünyada daha sürətlə yayılır və yoluxdurma qabiliyyəti daha yüksəkdir, artıq Azərbaycanda da bu ştama yoluxma halı qeyd alınıb. Bununla əlaqədar penitensiar müəssisələrdə qabaqlayıcı tədbirlər daha da gücləndirilməli, epidemioloji vəziyyət daim nəzarətdə saxlanılmalı və əvvəldə qeyd etdiyim amillərə görə, virusa yoluxma riski yüksək olan məhkumların həyat və sağlamlıqlarının qorunmasına diqqət artırılmalıdır.
Bütün bunlar virusa qarşı testin götürülməsini vacib edir. Müqayisə etsək görərik ki, bəzi digər dövlətlərdə koronavirus testləri verərkən kifayət qədər yüksək ödəniş etmək və hətta bunun üçün uzun növbələrdə gözləmək lazım gəlir, ölkəmizdə isə belə testlər daha münasib və əlçatandır.
Buna baxmayaraq penitensiar müəssisələrə daxil olmaq üçün vəkillərə, müstəntiqlərə və s. şəxslərə əlverişli şərait yaradılaraq Ədliyyə Nazirliyi pulsuz PCR testin verilməsini təşkil etmişdir.
Həmin şəxslər Bakı şəhəri, Nizami rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanında yerləşən tibb məntəqəmizə müraciət edə bilərlər.
Eyni zamanda buna alternativ olaraq həmin şəxslər bilavasitə getdiyi penitensiar müəssisədə ekspess test verməklə içəri daxil ola bilərlər.
Unutmaq olmaz ki, vəkil, müstəntiq, həkim, psixoloq və digər bu kimi peşə sahibləri gündəlik fəaliyyələrində müxtəlif insanlarla daha sıx və tez-tez təmasda olurlar və onların virusa yoluxmuş şəxslərlə qarşılaşmaq ehtimalı daha çoxdur. Heç də təsadüf deyil ki, ötən dövrdə müxtəlif peşə sahibləri, o cümlədən vəkillər arasında yoluxanlar və həyatını itirənlərin sayı az olmamışdır.
Bütün bu məhdudiyyət və tələblər, ilk növbədə məhkumların həyat və sağlamlığının qorunmasına yönəlmişdir. Çünki mövcud təcrübədə onların yaxınları, bəzi hallarda vəkilləri vasitəsilə virusa yoluxma hallarına rast gəlinmişdir.
Buna rəğmən məhkumların hüquq və mənafelərini qorumalı olan vəkillərin onların sağlamlığına biganə yanaşmaları təəccüb və təəssüf hissi doğurur.
İnanıram ki, koronavirus bəlasına biz hamımız birlikdə qalib gələcəyik, çünki biz birlikdə güclüyük!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1120   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr