İrəvanda dolaşan azərbaycanlılar: Ermənilər qorxudan evlərini satıb ölkədən qaçırlar
Ermənistanda hökm sürən acınacaqlı vəziyyət, ölkədəki sosial-iqtisadi mənzərə erməniləri başqa ölkələrə qaçmağa vadar edir.
Bu proses isə 44 günlük müharibədən sonra da intensiv xarakter daşıyır. Son günlər isə ermənilərin bu qaçış prosesinə don geyindirmək cəhdləri müşahidə olunmağa başlayıb.
Belə ki, sosial şəbəkənin erməni seqmentində Ermənistanda sərbəst şəkildə dolaşan azərbaycanlılar barədə şərhlər yer alıb.
Erməni sosial şəbəkə istifadəçisi Artur Kazaryan İrəvanda taksi sürücüsü ilə arasında baş vermiş hadisə barədə hekayədən bəhs edib.
Sürücünün sözlərinə görə, bu günlərdə onun avtomobilinə iki nəfər minib. Onların danışığından azərbaycanlı olduğunu anlayan sürücü müştərilərindən imtina edib. Bu zaman onlar patrul çağırıb şikayət ediblər. Polis sənədi yoxlayarkən onların həqiqətən də azərbaycanlı olduğu üzə çıxıb.
Sürücü bildirib ki, sərhədçilər rəsmi şəkildə azərbaycanlıları ölkəyə buraxıb.
Bu cür söhbətlər bir çox erməni sosial şəbəkə istifadəçisi tərəfindən vahiməyə səbəb olsa da, əslində məsələnin mahiyyətində başqa məqamın dayandığı görünür. Belə ki, Artur Kazaryan sonda taksi sürücüsünün evini sataraq ölkədən getməyi planlaşdırdığını "türklərlə" birlikdə yaşamaq istəmədiyini qeyd edib.
Bu məqamın özü erməni cəmiyyətindəki Azərbaycan və onun xalqına qarşı düşmənçiliyin ifrat səviyyədə olmasından xəbər verir. Bununla belə, riyakarlıq abidəsi ermənilər bu amildən ölkəni tərk etmələrinə bəhanə kimi istifadə edirlər.
Taksi sürücüsünün bəhs etdiyi əhvalat cəfəng olsa da, bir çox ermənilər üçün ələ düşmüş fürsət sayılır. Acınacaqlı həyat şəraitindən bezən ermənilər sürətlə Ermənistanı tərk edir. Bunun üçün isə ən kiçik arqument belə məqbul hesab olunur./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1670 Tarix: 21 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bəşəriyyət növbəti buz dövrünün başlamasının qarşısını alıb
Təxminən 200 il əvvəl Yer kürəsində buz təbəqələri əmələ gəlməyə başladı və bu da yeni buz dövrünün başlanğıcını qeyd etdi. Lakin nəhəng dərilərin və petroqliflərin geri qayıtmasını gözləməməliyik. 20-ci əsrdə iqlim dəyişikliyi buz təbəqələrinin əriməsinə səbəb oldu və bu proses dayandı. xəbər veri
31 oktyabrAngela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind
31 oktyabrİtalyanlar əfsanəvi Ferrari obrazını yeni superkarda canlandırdılar
1978-ci ildə Paduada Ferrari-nin satışı və texniki xidməti ilə məşğul olan İtaliya şirkəti Michelotto, 4-cü və B qrup rallilərində iştirak etmək üçün orta mühərrikli Ferrari 308 GTB kupeləri əsasında öz dizaynlı avtomobillər istehsal etməyə başladı. xəbər verir ki, bu avtomobillər 1986-cı ilə qədər müxtəli
31 oktyabrİki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fiziki və mənəv
31 oktyabrAvropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"
31 oktyabr