Azərbaycanda karantin müddəti ilə bağlı DƏYİŞİKLİK EDİLDİ

Azərbaycanda karantin müddəti ilə bağlı DƏYİŞİKLİK EDİLDİAzərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır.

Sonxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Qeyd olunub ki, son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun "Omicron" ştamının yayılması halları müşahidə olunur: "Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır. Bu baxımdan, yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur. Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.

"Omicron" mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:

• Maska taxın.

• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

• Fiziki məsafə saxlayın.

• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

• Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.

• Təcrid olduğunuz yeri tez-tez havalandırın.

• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.

• Bol maye qəbul edin.

• Yataq rejiminə riayət edin.

• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.

Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici ("buster") doza ilə vaksin olunmağa çağırırıq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6752   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?

Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda

22 sentyabr
.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

"CHAI CITY"yə görə 710 minlik qalmaqal: Sahibkarın evi və avtomobillərinə "stop" qoyuldu

Bakı Kommersiya Məhkəməsi "MF SET GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin brendi altında fəaliyyət göstərən "CHAI CITY Lounge and Tea House" restoranın icarə mübahisəsi ilə bağlı qərar qəbul edilib. Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, mübahisə 808 kvadratmetr sahəs

22 sentyabr
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

"Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız təhsil sisteminin qarşısında dayanan pedaqoji vəzifə deyil, cəmiyyətin gələcəyi ilə birbaşa bağlı olan mühüm sosial məsələdir. Dövlətin davamlı inkişafı, milli dəyərlərin qorunması, ictimai həmrəyliyi

22 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr