Günün FOTOsuna çevrilən şəkildəki qazi müzakirəli məsələyə AYDINLIQ GƏTİRDİ
Çəkdiyi fotolarıyla seçilən azərbaycanlı fotojurnalist Valeh Arifoğlunun 20 Yanvar günündə Şəhidlər Xiyabanında çəkdiyi şəkillərdən biri müzakirələrə səbəb olub. Çovğunda şəhidləri ziyarət edən qazinin bir qolunun olub-olmaması sual yaradıb.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, məsələyə aydınlıq gətirən fotoqrafın özü şəxsi "Facebook" səhifəsində paylaşım edərərk həmin qazinin onunla əlaqə saxladığını və qolunun əslində yaralı olduğunu açıqladığını bildirib:
"Ötən gün Şəhidlər Xiyabanını ziyarət edən qazimiz Rzayev Ruslanın fotosunu sosial şəbəkələrdə bir çox səhifələr paylaşdı. Lakin qazi ilə bağlı məlumatda yanlışlığa yol vermişəm.
Ruslan Rzayev müharibədə qolundan və kürəyindən ağır xəsarət aldığı üçün (qol sinirləri zədələndiyindən) qol asqısı ilə qolunu bədəninə bağladığından məndə onun qolunun olmaması təsəvvürü yarandı.
Qazimiz mənimlə əlaqə saxlayaraq məsələni izah etdi. O, bu halın bir çox şəxs tərəfindən qolunun olmaması kimi anlaşıldığını və bundan narahat olduğunu bildirdi.
Qeyd edim ki, qazimiz "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub".

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3108 Tarix: 22 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr