Agentlik: "Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir"
"İşğaldan azad edilmiş ərazilərin qış turizm potensialı genişdir".
Bunu Trend-in suallarını cavablandırarkən Dövlət Turizm Agentliyinin Regional Turizmin inkişafı sektorunun müdiri İlkin Cavadov deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər təbii irs və mədəni irslə zəngindir.
"Bu səbəbdən həmin bölgələr həm yay, həm də qış turizmi üçün əlverişlidir. Gələcəkdə burada qış turizm növlərinin yaradılması qarşımıza qoyulan əsas məsələlərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə qış turizm potensialını inkişaf elətdirmək üçün öncə araşdırma aparılmalıdır, dağ-xizək turizmi üçün əlverişli yerləri, insanların istirahət edə biləcəyi əraziləri müəyyənləşdirmək lazımdır. İlkin olaraq, deyə bilərəm ki, qış turizmi üçün ən əlverişli yer Kəlbəcər rayonudur. Təbii irs nümunələrinin mövcudluğu burada qış turizm növlərinin yaradılmasını labüd edir. Bundan başqa, Laçında, Şuşada, Hadrutda, Tuğda, Azıx mağarası ətrafında olan ərazilər də qış turizmi üçün insanların diqqətini cəlb edir", - deyə o qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 935 Tarix: 22 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabr